Böyük Britaniya İrandan şübhələnir: “Güclü əlamətlər var”
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem İranın Qlosterşirdə yerləşən Kral Hərbi Hava Qüvvələrinin (RAF) Fairford bazası yaxınlığında baş verən şübhəli hadisədə iştirakına dair “güclü əlamətlər” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Börnhem ABŞ ordusunun da istifadə etdiyi Fairford Hava Bazası yaxınlığında baş verən hadisə ilə bağlı BBC-yə açıqlama verib.
Börnhem “həftəsonu RAF Fairfordda baş verənlərdə İranın rol oynadığına dair güclü əlamətlərin olduğunu” deyib.
Baş nazir istintaqın vacibliyini vurğulayaraq, ABŞ rəsmiləri ilə bu məsələ üzrə sıx əməkdaşlıq etdiklərini bildirib.
Börnhem həmçinin qeyd edib ki, hakim Leyborist Partiyasının Liverpulda keçirilən illik konfransı zamanı hadisə ilə bağlı Nazirlər Kabinetinin fövqəladə iclası (COBRA) keçirilib.
O, hadisədən sonra Qlosterşir Polisi və Böyük Britaniyanın Terrorla Mübarizə Polisi əməkdaşlarının intensiv fəaliyyət göstərdiyini bildirib. Börnhem əlavə təfərrüatların istintaqın gedişinə uyğun olaraq açıqlanacağını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 Sentyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















