Neft və yük gəmilərinə kiberhücum: ABŞ İrandan şübhələnir
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
ABŞ rəsmiləri son həftələrdə neft və yük gəmilərinə qarşı təxminən 50 kiberhücumun arxasında İran hakerlərinin ola biləcəyindən şübhələnirlər.
“Bakupost” xəbər verir ki,hücuma neft, mayeləşdirilmiş qaz və təhlükəli kimyəvi maddələr daşıyan gəmilər məruz qalıb. Avqust ayında ABŞ sahillərinə doğru hərəkət edən bəzi tankerlərin naviqasiya sistemlərinə də müdaxilə edilib.
ABŞ rəsmiləri hücumların gəmi marşrutlarını pozmaq, daşımalar sektorunda narahatlıq yaratmaq və limanlarda təhlükəli hadisələrə səbəb olmaq məqsədi daşıya biləcəyini araşdırırlar.
Hakerlərin “Fortinet” marşrutlaşdırıcılarında aşkarlanan “FortiBleed” təhlükəsizlik boşluğundan istifadə etmiş ola biləcəkləri ehtimal edilir.
ABŞ rəsmiləri İranı yüzlərlə su təchizatı qurumuna və tibbi texnologiya şirkətinə qarşı kiberhücumlarla da əlaqələndirirlər. Federal Təhqiqat Bürosu isə gəmilərə qarşı hücumlarla bağlı şərh verməyib.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 26 Noyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















