Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniya Fransa Prezidenti Emmanuel Makronun təqdim etdiyi yenilənmiş nüvə doktrinasını dəstəkləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinin yaydığı bəyanatda bildirilib.
"Prezident Makronun nüvə məsələləri üzrə müttəfiqlərlə daha sıx əməkdaşlıqla bağlı irəli sürdüyü təklifləri alqışlayırıq", - deyə bəyanatda qeyd olunub.
Sənəddə həmçinin vurğulanıb ki, Böyük Britaniya və Fransa Avropaya yönələn təhdidlərin qarşısını almaqda qətiyyətlidir.
Qeyd edək ki, Emmanuel Makron daha əvvəl "irəliləyən çəkindirmə" konsepsiyasını təqdim edib. Bu çərçivədə Paris nüvə arsenalının tərkibini məxfi saxlayacaq, eyni zamanda Fransa Avropa İttifaqındakı tərəfdaşlarının da nüvə proqramında iştirakını nəzərdə tutur.
Almaniya hökuməti artıq bu proqramda iştirak edəcəyini açıqlayıb, Polşa isə qoşulmaq niyyətini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Mart 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















