Icma.az
close
up
RU
Böyük Britaniya Mərakeşin Səhraya dair Avtonomiya Planını dəstəkləyib

Böyük Britaniya Mərakeşin Səhraya dair Avtonomiya Planını dəstəkləyib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniya Mərakeşin 2007-ci ildə irəli sürdüyü Saharaya dair Avtonomiya Planına açıq şəkildə dəstəyini bir daha təsdiqləyib. Rəsmi bəyanatda bu təşəbbüs uzunmüddətli münaqişənin həlli üçün “ən etibarlı, həyata keçirilə bilən və praqmatik əsas” kimi qiymətləndirilib.

“AzPolitika” xəbər verir ki, bu mövqe iyunun 1-də Rabatda, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf üzrə Dövlət Katibi Devid Lemmi və Mərakeşin Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər üzrə naziri Nasir Burita tərəfindən imzalanmış Birgə Bəyanatda ifadə olunub.

Bəyanatda müvafiq tərəflər BMT-nin rəhbərliyi altında aparılan siyasi prosesə təcili və konstruktiv şəkildə qoşulmağa çağırılır. Bu yanaşma beynəlxalq aləmdə getdikcə daha geniş dəstək qazanan, realizmə və suverenliyə əsaslanan həll yollarına verilən önəmin artdığını göstərir — xüsusilə də ərazi bütövlüyü ilə bağlı çağırışlarla qarşılaşan ölkələr üçün bu prinsipial yanaşma xüsusilə aktualdır.

Sənəddə vurğulanır ki, Mərakeş Kralı VI Məhəmmədin rəhbərliyi ilə yaranmış müsbət dinamika diqqətlə izlənilir və Saharanın Mərakeş üçün strateji əhəmiyyəti tanınır. Qeyd olunur ki, bu münaqişənin həlli Şimali Afrikada sabitliyi möhkəmləndirəcək, regional inteqrasiya və ikitərəfli əməkdaşlığa yeni təkan verəcəkdir.

Həmçinin, London və Rabat BMT Baş katibinin Şəxsi Nümayəndəsi Staffan de Misturanın səylərinə dəstək göstərmək öhdəliklərini bir daha təsdiqləyib. Onlar vurğulayıb ki, davamlı və real həll yalnız qarşılıqlı qəbul edilə bilən kompromis əsasında mümkündür. Bu mövqe onu göstərir ki, beynəlxalq ictimaiyyət bölgədə sülh və inkişafın təmin olunması üçün milli suverenliyə hörmət əsasında formalaşmış və beynəlxalq hüquqa uyğun yanaşmaları üstün tutur.

Əlamətdar məqamlardan biri də odur ki, birgə bəyanatda Birləşmiş Krallığın “UK Export Finance” qurumu Səhrada iqtisadi layihələri maliyyələşdirməyi nəzərdən keçirməyə hazır olduğunu bildirir. Bu, qurumun Mərakeşin inkişafı üçün ümumilikdə 5 milyard funt sterlinq səviyyəsində sərmayə ayırmaq öhdəliyinin bir hissəsidir. Bu yanaşma, Saharanın yalnız siyasi məsələ deyil, eyni zamanda iqtisadi potensiala malik bir inkişaf məkanı olduğunu ortaya qoyur — bu baxış bölgədə öz ərazi bütövlüyünü təmin etdikdən sonra bərpa və inkişaf modelini tətbiq edən digər ölkələrin strategiyaları ilə səsləşir.

Birləşmiş Krallıq həmçinin Mərakeşi Afrikaya açılan strateji iqtisadi qapı kimi tanıyır və Krallıqla əməkdaşlığın dərinləşdirilməsinə dair qəti iradəsini ifadə edir. Bu strateji baxış, regional güclərin Afrika qitəsinin inkişaf və təhlükəsizlik arxitekturasında oynadığı artan rolu təsdiqləyir.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Birləşmiş Krallığın bu mövqeyi böyük diplomatik əhəmiyyət daşıyır. Bəyanatda açıq şəkildə qeyd olunur: “Bu uzunmüddətli münaqişəyə həll tapmağın və bu məsələnin irəliləməsinin vaxtı çatıb.” Bu yanaşma BMT qətnamələrinə və beynəlxalq hüquqa tam uyğun olan Mərakeşin Avtonomiya Planının legitimliyini daha da gücləndirir.

Bu bəyanat bir daha sübut edir ki, müasir dünyada suverenliyin qorunması, regional sabitliyin təmin olunması və konstruktiv diplomatiya uğurlu nəticələrin açarıdır. Böyük Britaniyanınmövqeyi isə qarşıdurma deyil, kompromis; durğunluq deyil, tərəqqi naminə atılmış mühüm addımdır.

SƏMLA

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri