Icma.az
close
up
RU
Böyük Britaniya müdafiə sektorunda yeni tədbirlər planını açıqlayıb

Böyük Britaniya müdafiə sektorunda yeni tədbirlər planını açıqlayıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 14 may, AZƏRTAC

Böyük Britaniyanın müdafiə naziri Con Hili müdafiə sənayesində fəaliyyət göstərən kiçik və orta bizneslərin (KOB) inkişafını təşviq etmək məqsədilə yeni tədbirlər paketini elan edib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, paketdə satınalma proseslərinin sürətləndirilməsi və yeni texnologiyalara sərmayələrin təşviq olunması kimi islahatlar yer alır. Con Hili bildirib ki, təyyarə, tank və gəmi kimi əsas texnika üçün satınalma müddəti altı ildən iki ilə endiriləcək. Sistem yenilənmələri bir il ərzində müqavilələşdiriləcək, hazır məhsulların alınması isə üçaylıq dövrlərlə həyata keçiriləcək. Bundan əlavə, innovativ texnologiyaların silahlı qüvvələrə daha tez çatdırılması üçün yeni pilot layihə olaraq müdafiə bazarı yaradılacaq. İyul ayına qədər isə 400 milyon funt sterlinqlik (528 milyon dollar) illik büdcəyə malik xüsusi innovasiya qurumu təsis olunacaq.

Gələn ay Con Hilinin rəhbərliyi ilə fəaliyyət göstərəcək Müdafiə Sənayesi üzrə Birgə Şura da ictimai və özəl investisiyaların koordinasiyasını təmin etmək məqsədilə istifadəyə veriləcək.

Hökumət daha əvvəl Böyük Britaniyanı müdafiə sənayesi üzrə supergücə çevirməyi, daha çox müqaviləni kiçik şirkətlərə verməyi və yüksək ixtisaslı iş yerləri ilə vətəndaşlara “müdafiə dividendi” yaratmağı qarşısına məqsəd qoymuşdu.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 05:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri