Böyük Britaniya Suriyaya 50 milyon funtsterlinq dəyərində yardım paketi elan edib AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 16 dekabr, AZƏRTAC
Böyük Britaniya keçən həftə Prezident Bəşər Əsədin devrilməsindən sonra həssas vəziyyətdə olan suriyalılara dəstək məqsədilə 50 milyon funt-sterlinq (təxminən 63 milyon dollar) dəyərində yardım paketi açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər naziri David Lemmi məlumat verib. Paketin 30 milyon funt-sterlinqi ərzaq, sığınacaq, təcili tibbi yardım və ən həssas qrupların qorunması da daxil olmaqla, bir milyondan çox insana dərhal yardım göstərmək üçün nəzərdə tutulub.
Suriyalı qaçqınlara dəstək məqsədilə qonşu ölkələr Livan və İordaniyada da tədbirlər planlaşdırılıb. Dünya Ərzaq Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə hər iki ölkədə suriyalı qaçqınlara yardım üçün 20 milyon funt-sterlinq ayrılacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Dekabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















