Icma.az
close
up
RU
Böyük Britaniyada miqrantlarla işləyən şirkət külli miqdarda mənfəət əldə edib

Böyük Britaniyada miqrantlarla işləyən şirkət külli miqdarda mənfəət əldə edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 7 oktyabr, AZƏRTAC

Böyük Britaniyada sığınacaq axtaran şəxslərə məskunlaşma xidməti göstərən “Clearsprings Ready Homes” şirkəti dövlətlə bağladığı sərfəli müqavilələrdən sonra 187 milyon funt sterlinqə yaxın mənfəət əldə edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, buna baxmayaraq “Clearsprings”in bəzi obyektlərində yaşayan sakinlər otaqlarda pis şəraitin, keyfiyyətsiz yeməklərin və gigiyena çatışmazlığının hökm sürdüyünü bildiriblər.

“Clearsprings Ready Homes” Daxili İşlər Nazirliyi ilə 10 illik müqavilə imzalayan üç əsas podratçı şirkətdən biridir. 2019-cu ildə imzalanan bu müqavilələrin ümumi dəyəri əvvəlcə 4,5 milyard funt olaraq planlaşdırılsa da, son hesablamalara görə 15 milyard funta yüksəlib. Hazırkı proqnozlara əsasən, Cənubi İngiltərə və Uelsdə yerləşmə xidmətlərinə cavabdeh olan şirkət bu müddət ərzində 7 milyard funt alacaq.

Yay aylarında bəzi mehmanxanalarda baş verən etirazlar zamanı sığınacaq axtaran şəxslər bildiriblər ki, ictimai narazılıq miqrantlara deyil, “Clearsprings” kimi bu sistemdən mənfəət qazanan şirkətlərə yönəlməlidir. Bu şirkətlərlə imzalanmış müqavilələr parlament üzvləri tərəfindən də tənqid olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri