Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 12 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Avropa İttifaqı (Aİ) ilə daha sıx münasibətlərin qurulmasından imtina etməyin hökumətin öz vəzifələrini yerinə yetirməməsi anlamına gələcəyini düşünür.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Baş nazir bu gün parlamentin İcmalar Palatasında çıxışı zamanı Böyük Britaniyanın Aİ-dən ayrılmasının (Brexit) ölkəyə faydadan çox zərər gətirdiyini etiraf etməyin vaxtı çatdığını vurğulayacaq. Börnhem mövcud vəziyyətin Böyük Britaniya üçün qənaətbəxş olmadığını bildirərək, Brüssellə yeni razılaşmanın əldə edilməsinin iqtisadi artıma təkan verəcəyini və qanunsuz miqrasiya ilə mübarizəyə kömək edə biləcəyini qeyd edəcək.
Baş nazirin sözlərinə görə, Aİ ilə ölkənin maraqlarına uyğun razılaşma əldə olunarsa, Britaniya ictimaiyyətinin böyük əksəriyyəti hökumətin bu fürsətdən istifadə etməsini gözləyəcək.
Qeyd edək ki, Börnhem ötən ay Leyboristlər Partiyasının konfransında Aİ ilə münasibətlərin daha da yaxınlaşdırılması imkanlarını araşdıracağını vəd edib. O, BBC-yə müsahibəsində Leyboristlər Partiyasının gələcək seçki proqramına Böyük Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı yeni referendumun keçirilməsi vədinin daxil edilməsinin mümkün olduğunu da bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 12 Oktyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















