Icma.az
close
up
RU
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Berlin, 8 oktyarbr, AZƏRTAC

Oktyabrın 8-də Böyük Britaniyanın Baş naziri Endi Börnhem Almaniyaya ilk rəsmi səfəri çərçivəsində Berlində Kansler Fridrix Merts ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, liderlər ikitərəfli əlaqələr, xarici siyasət, Avropa və iqtisadiyyat məsələlərini geniş müzakirə ediblər.

Görüşün ən mühüm məqamı iki ölkə arasında dostluq və ikitərəfli əməkdaşlığı nəzərdə tutan Kensinqton müqaviləsinin mübadiləsi olub. Bununla da rəsmi şəkildə qüvvəyə minən müqavilə ikitərəfli münasibətlərdə tarixi mərhələ kimi qiymətləndirilib.

Kansler Fridrix Merts vurğulayıb ki, sənəd xüsusilə gənclər üçün yeni imkanlar açır. Belə ki, şagird və tələbə mübadiləsi vizasız rejimdə sadələşdirilir və iki ölkə arasında inteqrasiyanı dərinləşdirir.

Səfər çərçivəsində iki ölkə arasında Birgə Bəyannamə də imzalanıb. Sənəddə süni intellekt və kritik texnologiyalar üzrə “Texnoloji sənaye dəhlizi”nin yaradılması, hibrid təhdidlərə qarşı dözümlülük, kosmik tədqiqatlar və kvant texnologiyalarına 19,5 milyon avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Həmçinin hər iki hökumət başçısının regional iqtisadi artım, innovasiyalar və dövlət-biznes tərəfdaşlığının inkişafı məqsədilə təşkil olunmuş regional biznes forumda iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, ötən ilin iyulunda Londonda imzalanan Kensinqton müqaviləsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından (Brexit) sonra London ilə Berlin arasında strateji əlaqələri yenidən nizamlayan ən əhatəli ikitərəfli dostluq paktıdır. Sənəd təhlükəsizlik, yüksək texnologiyalar və regional iqtisadiyyatla yanaşı, gənclərin və tələbələrin vizasız mübadilə proqramlarını asanlaşdırmaqla iki ölkə arasında tarixi inteqrasiyanı yeni müstəviyə qaldırır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri