Böyük Britaniyanın Baş naziri Zelenskiyə Ukraynaya davamlı yardım vəd edib
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edərək, Londonun Kiyevə ehtiyacı olduğu müddətdə yardım göstərəcəyini vəd edib.
Bunu Britaniya hökumətinin başçısı Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahında Zelenski ilə danışıqlara başlamazdan əvvəl bildirib.
“Siz Böyük Britaniyadan tam dəstək alırsınız, nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Londonun məqsədi Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə nail olmaqdır”, - o bildirib.
Zelenski isə dəstəyə görə Britaniya xalqına və hökumətinə təşəkkür edib.
Ukrayna lideri həmçinin Böyük Britaniya kralı III Çarlzın görüşə razılıq verməsindən məmnunluğunu ifadə edib.
Böyük Britaniyanın Baş naziri ənənəni pozaraq qonağı nəinki öz iqamətgahının astanasında gözləməklə kifayətlənib, həm də onu qarşılamağa gedib və qucaqlayıb. "Sky News"un məlumatına görə, Starmer bununla da göstərdi ki, bir gün Vaşinqtondan fərqli olaraq London Kiyevin tərəfindədir. (“Report”)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 Mart 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















