Icma.az
close
up
RU
Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya gedib “The Guardian”

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya gedib “The Guardian”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın baş naziri Key Starmer prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gedib.

Bizimyol.info xəbər verir ki, “The Guardian”ın verdiyi məlumata görə, bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasından bir neçə gün əvvəl baş verib.

Qeyd olunur ki, iki ölkə müdafiə sektorunda mövcud münasibətləri dərinləşdirmək üçün tərəfdaşlıq sazişi bağlamağı planlaşdırır və “ABŞ-ın dəstəyini azaltmağa başlaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda” Kiyevə növbəti hərbi yardımın mümkünlüyünü nəzərdən keçirəcək.

Nəşr xatırladır ki, Zelenski Qərb müttəfiqlərini Ukraynaya uzunmüddətli hərbi dəstək verməyə davam etməyə çağırıb və bundan imtinanın “yalnız daha çox təcavüz, və müharibəyə gətirib çıxaracağı” barədə xəbərdar edib.

Starmer və Zelenskinin Britaniya qoşunlarının müharibədən sonrakı sülhməramlı qüvvələrə qoşulma ehtimalı da daxil olmaqla, Kiyevə hansı təhlükəsizlik zəmanətlərini təklif edə biləcəyini müzakirə edəcəyi gözlənilir.

“Putinin Ukraynanı ən yaxın tərəfdaşlarımızdan qoparmaq arzusu monumental strateji uğursuzluq idi. Biz həmişəkindən daha yaxınıq və bu tərəfdaşlıq bu dostluğu növbəti səviyyəyə daşıyacaq”, - deyə Starmer qeyd edib.

Nəşr qeyd edir ki, Starmerin səfəri Trampın ötən həftə Fransa prezidenti Emmanuel Makronla görüşünün nəticəsi olaraq Ukraynada müharibə perspektivlərini müzakirə etdikdən sonra baş tutub. Xüsusilə, dövlət başçıları Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini müzakirə ediblər.

Ukrayna və Böyük Britaniya elm və texnologiya kimi qeyri-hərbi sahələrdə də iqtisadi əlaqələri gücləndirməyi hədəfləyir. Starmer həmçinin, Britaniya şirkətləri üçün yeni imkanlar yaradacaq iqtisadi bərpa üçün 40 milyon funt sterlinq ayrılacağını da açıqlayacaq.

Maliyyələşdirmə yaşıl iqtisadiyyatı və marjinal qrupları, o cümlədən qadınlar və veteranları dəstəkləyən bizneslərə yönəldiləcək. Nəşr qeyd edir ki, o, Böyük Britaniyanın artıq Ukraynaya verdiyi 12,8 milyard funt-sterlinq dəstəyi, o cümlədən 7,8 milyard funt-sterlinq hərbi yardım və enerji infrastrukturuna davamlı dəstək əsasında qurulub.

“Bu tərəfdaşlıq vasitəsilə biz Britaniya xalqı üçün işləyən güclü iqtisadiyyat, daxildə və xaricdə maraqlarımızı qoruyan təhlükəsiz ölkə və firavan cəmiyyət yaradırıq”, - deyə Starmer qeyd edib.

Səfərdən bir gün əvvəl mətbuat məlumat vermişdi ki, Böyük Britaniya və Fransa Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edirlər. Dovning Street və Yelisey Sarayının rəsmiləri məsələ ilə bağlı danışıqlar aparıblar. Böyük Britaniyanın baş naziri Starmer və Fransa prezidenti Emmanuel Makronun müharibəni dayandırmaq üçün potensial razılaşmadan sonra Ukraynaya sülhməramlı missiya kimi Britaniya və Fransa əsgərlərini göndərməyi nəzərdən keçirdiyi bildirilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri