Icma.az
close
up
RU
Böyük Çin səddindən Qafqaz dağlarına: China Ready proqramı hazırlanıb

Böyük Çin səddindən Qafqaz dağlarına: China Ready proqramı hazırlanıb

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizə səfər edən çinli turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bununla paralel ölkəmizi çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək üçün hazırlıqlar da gücləndirilib. Bu yaxınlarda Dövlət Turizm Agentliyinin təqdimatını keçirdiyi "China Ready" proqramı da bu məqsədə hədəflənib. Proqram Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr üçün nümunəvi model kimi təqdim olunur.

Artıq paytaxtın küçələrində ərəb, rus, hindistanlı və ya pakistanlı turistlərlə yanaşı çinli turistlərə də rast gəlinir. Onların gəlişini kütləviləşdirmək, təkcə paytaxta deyil, regionlarımıza da cəlb etmək üçün təbii ki, hərtərəfli işlər görülməlidir. Nəzərə alsaq ki, çinlilər dünyada ən çox səyahət edən xalqdır və onları maraqlandırmaq o qədər də asan deyil. Ancaq turizmçilər məsələyə optimist yanaşırlar.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Artım müşahidə olunur

Çin turist bazarının çox nəhəng olduğunu bildirən turizmçi Rəhman Quliyev deyir ki, ölkələrimiz arasında turizm əlaqələrinin yaranmasında dövlət başçısı İlham Əliyevin Çinə ilk səfəri böyük rol oynayıb. "Prezidentin səfərindən sonra bir sıra sahələrdə əməkdaşlıqla bağlı memorandumlar imzalandı, qarşılıqlı əməkdaşlıq müzakirə olundu. Azərbaycana maraq artdı. İnvestorların marağı, işgüzar səfərlər, turistlərin səyahəti, tələbə mübadiləsi daha çox vüsət aldı. Yaxın gələcəkdə Çindən ölkəmizə nəinki turistlərin gəlişi, həmçinin böyük iş adamlarının işgüzar səfərləri baş tutacaq".

Turizmçi hesab edir ki, Çinlə Azərbaycan arasındakı turist mübadiləsi digər ölkələrdən fərqli olaraq davamlı və dayanıqlı olacaq: "Bu əməkdaşlıq ölkələrimiz arasında ticarət, tələbə və turist mübadiləsinə yol açacaq. Vizasız gediş-gəliş rejiminin tətbiqi ölkələrimiz arasında turizm əlaqələrini daha da genişləndirəcək. Artıq bir neçə aydır viza tətbiqi aradan qaldırılıb. Bu imkan turistlərə bir aydan 90 günə qədər səyahət etmək imkanı verir. Uzun müddətli qalmaq üçün isə viza, o cümlədən tələbələrin təhsilindən ötrü tələbə vizaları tələb olunur. Viza tətbiqi aradan qalxandan sonra bizim ölkəmizdən Çinə səfər edən turistlərin sayında kütləvi artım müşahidə edirik. Eyni zamanda, Azərbaycana gələn çinli turistlərin də sayında artım qeydə alınır. Məqsəd qarşılıqlı turist mübadiləsini inkişaf etdirmək, əsasən çinli turistlərin ölkəmizə axınını gücləndirmək və davamlılığı saxlamaqdır".

Daha detallı və əhatəli turproqramlar olmalıdır

Hazırda çinli turistlərin ölkəmizə səfərinin ən aktual mövzulardan biri olduğunu deyən turizmçi Əziz Şiriyev hesab edir ki, iki ölkənin vizasız rejimə keçməsi turizm əlaqələrinin inkişafına təkan verib: "Hazırda ölkələrimiz arasında böyük dostluq var. Artıq Azərbaycandan da Çinə səfərlər başlayıb. Nəzərə alaq ki, dünyada ən çox əhalisi olan Çin və Hindistandır. Hindistanlı turistlər gələndə 300-500 nəfər gəlirdilər. Bu da ölkəyə gələn turist sayına təsir edirdi. Bayramlarda çinlilər adətən dünyanı kəşf etməyə çıxırlar. Çin vətəndaşları tarix boyunca dünyanı gəzən olublar".

Turizmçi Çin bazarı ilə bağlı görülən hazırlıq işlərindən danışaraq bildirdi ki, 100-ə yaxın bələdçi hazırlaşdırılır, xidmət sahəsi, hava limanı, gömrük, nəqliyyat sistemini daha da təkmilləşdirmək üçün işlər görülür: "Kadrların üzərində çalışmalıyıq ki, yüksək səviyyədə xidmət göstərsinlər. O cümlədən qiymət tənzimlənməsi olmalı, yəni turistlər aldadılmamalıdır. Milli-mənəvi dəyərlərimizi qabartmalıyıq. Çünki Çin xalqı milli-mənəvi dəyərlərə sahib çıxan və dəyər verəndir. Böyük bir kütlənin qarşısında durmaq üçün hazırlıqlı olmalıyıq. Biz bunu Hindistan bazarında da görmüşük. Amma Çin bazarında daha detallı və əhatəli turproqramlar olmalıdır ki, turist turisti gətirsin. Hazırda bu istiqamətdə hazırlıqlar gedir".

Çin dilini bilən turizm bələdçiləri hazırlanır

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) İdarə Heyətinin sədr müavini Tural Musayevin sözlərinə görə, növbəti il üçün Çin bazarından 400 faizə yaxın artımla turist axını gözlənilir: "Dövlət Turizm Agentliyi tərəfindən bu yaxınlarda təqdimatı keçirilən "China Ready" proqramı çərçivəsində ekspertlər tərəfindən mehmanxana, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla 100-dən çox turizm sənayesi nümayəndəsinə praktik tövsiyələr və Çin bazarında fəaliyyət üçün aktual yanaşmalar üzrə təlim keçiriləcək. Bu, beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Təlimlərdə Çin turizm bazarının dinamikası, çinli turistlərin gözləntilərinə uyğun brend quruculuğu və turizm məhsulunun hazırlanması, istehlakçı davranış modelləri və Çin turizm bazarına çıxış strategiyaları haqqında təqdimatlar ediləcək".

T.Musayevin sözlərinə görə, təlimlərdə iştirak edən sənaye nümayəndələrinin siyahısı hazırlanır: "Sonra bu siyahı Çin Xalq Respublikası tərəfindən öz turizm sənayelərinə təqdim olunur ki, bunlarla işləyə bilərsiniz. Bu, qeyri-rəsmi start elanıdır. Yəni Çin dövləti özü təsdiqləyir ki, Azərbaycan onlardan gələn turistləri qəbul etməyə hazırdır. Bununla həmin ölkəyə turist axını daha da artır. Biz onları dəvət edən birinci yox, artıq 72-ci ölkəyik".

ATBA nümayəndəsi təşkilat tərəfindən çindilli turizm bələdçilərinin hazırlandığını bildirir: "Hazırda doqquz rəsmi sertifikatlı bələdçimiz var. Bu sahədə ümumi çalışan, Çin dilində danışan isə 12 nəfərdir. Amma bu, azdır. Biz istəyirik ki, heç olmasa 50 nəfər hazırlayaq. Çünki onların neçəsinin sektorda bələdçi kimi qalıb işini davam etdirəcəyini bilmirik".

T.Musayevin sözlərinə görə, bu il Azərbaycanda Çindən gələn 52 min turist varsa, növbəti il bu rəqəm 200-250 minə çata bilər: "Bu cür davam etsək, gələcəkdə Çin bazarından yarım milyona yaxın turistin cəlbi ilə bağlı hədəfimiz var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see208

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see193

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see138

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri