Icma.az
close
up
RU
Cənubi Qafqaz böyük dəyişikliklər ərəfəsində...

Cənubi Qafqaz böyük dəyişikliklər ərəfəsində...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ermənistanın növbəti ev tapşırığı

Bu günlərdə Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz regionuna nəhayət, çoxdan gözlənilən sülh gələcəyinə böyük ümidlər yaradıb. Bununla belə, tənzimləmə prosesinin məntiqi sonluğa çatması, yekun sülh sazişinin imzalanması üçün Ermənistan bir sıra zəruri addımlar atmalıdır. Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində qarşı tərəfin öhdəliklərinə diqqət çəkərək bildirib: “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var”.

Sülh təşəbbüsünü ilk olaraq Azərbaycan irəli sürüb

Bu gün bütün dünya Azərbaycanla Ermənistan arasında yekun sülh sənədinin mətninin paraflanmasını alqışlayır. Həqiqətən də, üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətinə görə müharibə riskləri və təhdidlərlə üz üzə qalan Cənubi Qafqaz coğrafiyası böyük dəyişikliklər ərəfəsindədir. İndi Cənubi Qafqaz sülhə, əməkdaşlığa, təhlükəsizliyə heç vaxt olmadığı qədər yaxındır.

Sülh prosesində indiki nəticələrin əldə olunmasına aparan yol isə kifayət qədər uzun olub. Bu yolda bir sıra mərhələləri keçmək, maneələri dəf etmək lazım gəlib ki, burada da Azərbaycanın müstəsna rolu xüsusi olaraq vurğulanmalıdır. Əvvəla, regionda sülh üçün fürsətləri Azərbaycanın şanlı Zəfəri açıb. Ölkəmizin 44 günlük müharibənin nəticələrinə uyğun olaraq işğalçı dövləti kapitulyasiyaya uğratması, ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməsi ilə regionda yeni reallıqlar yarandı. Artıq tarixi ədalət və beynəlxalq hüquq təmin edilmişdi, çoxillik münaqişənin əsas səbəbi aradan qalxmışdı.

Dövlətimizin başçısının bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Belə bir vəziyyətdə qalib Azərbaycan yenə də liderlik nümunəsi göstərməklə gələcək baxışlarını ortaya qoydu. Respublikamız o mövqedən çıxış edirdi ki, müharibədən sonra yaranan boşluq çox davam edə bilməz.  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı idi. Bunun təşəbbüskarı da məhz Azərbaycan olub. “Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qalib Azərbaycanın qarşı tərəfə göndərdiyi 5 bənddən ibarət sülh paketi beynəlxalq norma və prinsiplərə istinad olunmaqla hazırlanmışdı. Burada Azərbaycan qalib dövlət olaraq hansısa bir imtiyazlardan çıxış etməmişdi ki, bu da ölkəmizin sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir.  Bundan sonra tərəflər arasında danışıqlar prosesinə start verilib. “Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi”, - deyə Prezident İlham Əliyev bildirib.

Bundan sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilib. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsinlər. Dövlətimizin başçısı xatırladıb ki, yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Prezident İlham Əliyev Ağ Evdə sülh sazişinin mətninin paraflanmasını Cənubi Qafqaz üçün tarixi məsələ kimi səciyyələndirib və bunun bölgəyə sülh gətirdiyinə əminliyini ifadə edib.

Yekun sülh sazişi nə vaxt imzalanacaq?

 Bir neçə ay bundan əvvəl sülh sazişinin mətni ikitərəfli qaydada razılaşdırıldıqdan sonra Ermənistan daha iki öhdəliyini yerinə yetirməli idi. Bunlardan biri ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure də ləğv olunmasına Ermənistanın razılıq verməsi idi. Münaqişə həllini tapdıqdan sonra Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmamışdı. Minsk qrupunun de-yure ləğvi məsələsi Vaşinqton görüşü çərçivəsində həllini tapdı.

Bundan sonra Ermənistanın etməli olduğu növbəti ev tapşırığı konstitusiya dəyişikliyinə getməkdir. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür? Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdir?lməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. “...Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mubariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri