Icma.az
close
up
RU
Böyük çöküş : Alimlər kainatın sonu üçün tarix müəyyən etdi

Böyük çöküş : Alimlər kainatın sonu üçün tarix müəyyən etdi

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kainat sonsuzadək genişlənməyə davam edəcək, yoxsa bir gün hər şey sona çatacaq? Alimlər bu qədim suala təəccüblü dərəcədə aydın cavab təqdim ediblər: Kainat 33,3 milyard il sonra "böyük çöküş" ilə sona çatacaq.

Qaynarinfo xəbər verir ki, Kornell Universiteti, Şanxay Jiao Tonq Universiteti və müxtəlif beynəlxalq elmi qurumların birgə tədqiqatı kainatın taleyi ilə bağlı təsəvvürləri dəyişən bir ssenari ortaya qoyub. Yeni modelə görə, kainat təxminən 7 milyard il sonra genişlənməni dayandıracaq və kiçilməyə başlayacaq. Nəticədə isə bütün kütlə tək bir nöqtədə toplanaraq çökəcək.

Tədqiqatçılar bu proqnozu "Dark Energy Survey" və "Dark Energy Spectroscopic Instrument" kimi iri astrofiziki layihələrdən əldə olunan məlumatlar əsasında formalaşdırıblar. Hazırda 13,8 milyard yaşında olan kainatın daha 20 milyard il mövcud olacağı ehtimal edilir.

Bu yeni nəzəriyyə uzun müddətdir qəbul edilən "sonsuz genişlənmə" anlayışına qarşı çıxır. Modelin əsasını isə qaranlıq enerjinin sabit deyil, dinamik quruluşa malik olduğu fərziyyəsi təşkil edir. Tədqiqata görə, kainatın genişlənməsinə səbəb olan bu müəmmalı qüvvə zamanla istiqamətini dəyişərək kiçilməyə səbəb ola bilər.

Alimlər bu ssenarini izah etmək üçün ultra yüngül bir hissəciyin – aksionun və "mənfi kosmoloji sabit” anlayışının istifadəsini təklif edirlər. Bu modelə əsasən, kainat nəhəng bir rezin lentə bənzəyir: əvvəlcə genişlənir, sonra isə elastik qüvvənin üstün gəlməsi ilə geri büzülməyə başlayır.

Yeni model kainatın hazırkı ölçüsündən təxminən 69 faiz daha böyük olduqdan sonra kiçilməyə başlayacağını bildirir. Bu proses ilkin mərhələdə yavaş gedəcək, lakin sonda hər şey "böyük çöküş" adlandırılan hadisə ilə tək bir nöqtəyə toplanacaq.

Alimlər bu modelin hələ dəqiq təsdiqlənmədiyini və müşahidələrdə böyük qeyri-müəyyənliklərin olduğunu vurğulayırlar. Xüsusilə "mənfi kosmoloji sabit” kimi bəzi fərziyyələr hələ elmi cəhətdən sübuta yetirilməyib. Bununla belə, qarşıdakı illərdə həyata keçiriləcək yeni astronomik layihələr qaranlıq enerjinin təbiətinə dair daha konkret məlumatlar təqdim edərək bu ssenarinin doğruluğunu yoxlamağa imkan verə bilər.

Çöküş hadisəsi hər nə qədər təqribən 20 milyard il uzaqda görünürsə də, bu araşdırma insanlıq tarixindəki ən böyük müəmmalardan birinə elmi yanaşma gətirən mühüm addım hesab olunur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyul 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri