Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabətinin nəticəsi

Böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabətinin nəticəsi

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın yüksək faizlə qələbə qazanması təkcə daxili siyasi hadisə deyil, həm də böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabətinin nəticəsidir.
Seçkiqabağı dövrdə Moskvanın müxtəlif kanallar vasitəsilə Ermənistana göndərdiyi mesajlar diqqət çəkirdi. Rusiya rəhbərliyinin Ermənistanda rusiyapərəst qüvvələrin siyasi proseslərdə daha fəal iştirak etməsi ilə bağlı çağırışları, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanı "Ukrayna ssenarisindən yayınmağa" səsləməsi əslində regiona ünvanlanmış geosiyasi xəbərdarlıq kimi qiymətləndirilə bilərdi. Bu mesajların mahiyyəti ondan ibarət idi ki, Ermənistanın Rusiyanın təhlükəsizlik orbitindən uzaqlaşması ciddi nəticələr doğura bilər.
Lakin erməni seçicisi fərqli qərar verdi və bununla da Moskvanın dəstəklədiyi siyasi xəttə deyil, Paşinyanın təmsil etdiyi kursa üstünlük verdi. Bu nəticə Rusiyanın Ermənistandakı təsir imkanlarının zəiflədiyini, Qərbin və Türkiyənin isə nisbi mövqelərinin gücləndiyini göstərir.
Azərbaycan baxımından əsas məsələ şəxslər deyil, siyasi nəticələrdir. Paşinyanın qələbəsi sülh müqaviləsi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiya üçün əlavə imkan yarada bilər. Eyni zamanda bu nəticə revanşist qüvvələrin hakimiyyətə gəlməsi riskini də azaldır.
Bununla belə, Ermənistanın xarici siyasətdə tam şəkildə Qərbə inteqrasiyası və ya Rusiyadan tam uzaqlaşması real görünmür. İrəvan yaxın perspektivdə balanslaşdırılmış siyasət aparmağa çalışacaq.
Zəngəzur istiqamətində kommunikasiyaların açılması məsələsi isə yeni siyasi mərhələnin əsas gündəliklərindən biri olacaq. Bu layihə Azərbaycan üçün Naxçıvana birbaşa çıxış, Ermənistan üçün tranzit gəlirləri, Türkiyə üçün Türk dünyasına quru bağlantısı, Avropa və Asiya üçün isə yeni logistika imkanları yarada bilər.
Nəticə etibarilə, Ermənistan seçkilərinin əsas geosiyasi nəticəsi budur: regionda qarşıdurma siyasəti zəifləyir, iqtisadi və nəqliyyat əməkdaşlığı gündəliyi isə güclənir. Azərbaycan yeni şəraitdə hərbi qələbənin yaratdığı siyasi üstünlüyü uzunmüddətli regional əməkdaşlığa çevirməkdə maraqlıdır.
Səftər Rəhimli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 İyun 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see299

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see277

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see275

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see274

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see273

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see267

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see267

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see267

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see260

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see240

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see239

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see236

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see231

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see229

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see229

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see225

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri