Icma.az
close
up
RU
“Böyük Qayıdış” Azərbaycanın milli prioritetidir

“Böyük Qayıdış” Azərbaycanın milli prioritetidir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

 

50 min sakin qayıdıb, yaşayır

  

Qarabağ və Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub. Noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə - 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Məlumat üçün deyək ki, 2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanılıb və bu proses artan templə davam edir. 2021-ci ildən etibarən dövlət başçısının xüsusi diqqəti nəticəsində Ağdamda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər hazırda minatəmizləmə prosesi ilə paralel şəkildə aparılır. Bugünədək dövlət başçısı tərəfindən Bərdə-Ağdam avtomobil yolunun, 110/35/10kV-luq “Ağdam” qovşaq yarımstansiyasının, Xaçınçay su anbarının, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışları reallaşdırılıb. Bundan əlavə, Ağdam İmarət Kompleksi və “Aghdam City Hotel”i istifadəyə verilib. Regionun mədəni irsinin qorunması və bərpası istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən layihələr nəticəsində Ağdam Cümə məscidi bərpa edilib. Bundan əlavə Ağdamın Qiyaslı kəndindəki tarixi məscid də bərpa olunub. Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq Ağdam Muğam Mərkəzi də inşa edilərək istifadəyə verilib. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsinə və geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində artıq rezidentlərin sayına görə ölkənin ikincisi olan Ağdam Sənaye Parkında on müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlayıb. Sosial infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı tədbirlər nəticəsində Ağdam şəhərində 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilib. Prezident İlham Əliyev və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak məqsədilə Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb və bu proses artan templə davam edir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, Füzuli Beynəlxalq Hava Limanı da istismara verilib. 2025-ci il sentyabrın 11-dən etibarən Xocavənd rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı da başlayıb. Prezidentin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində rayonun Hadrut qəsəbəsində “Hadrut” Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.

İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat və digər sektorların yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Dövlət başçısı 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoyub. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını edib. İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək və əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt və imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye və ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır. Bunların nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 48 000-dən çox insan yaşayır və fəaliyyət göstərir.

Millət vəkili Samir Vəliyev Sherg.az-a deyib ki, yeni strateji mərhələdə “Böyük Qayıdış” ölkəmizin beş əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib. Deputat bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə intensiv minatəmizləmə əməliyyatları aparılır, iqtisadi və sosial təyinatlı müasir infrastruktur yaradılır:

"O cümlədən, yaşayış məntəqələri yenidən qurulur və ərazilərin məskunlaşdırılması uğurla davam edir. Bir sözlə, göz önündə yeni Qarabağ formalaşır. Böyük qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulmasını şəxsi nəzarətində saxlayır ki, bu da layihələrin daha sürətli və keyfiyyətli icrasına təsir göstərir. Elə bu günlərdə dövlət başçısı işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Zəngilan və Cəbrayıl rayonlarında bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak edib, dəyərli tövsiyələrini verib. Səfər çərçivəsində Prezident İlham Əliyev, həmçinin uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərlə görüşərək onlara xoş arzularını çatdırıb. Prezident Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”nın icrasına indiyədək dövlət büdcəsindən təxminən 22 milyard manat vəsait yönəldilib. Təkcə cari ilin yanvar-sentyabr aylarında bu ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 900,9 milyon manat vəsait xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə minalardan təmizlənmə işlərinə ayrılıb. Hazırda azad edilmiş ərazilərdə 50 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır".

Parlament üzvü qeyd edib ki, “Böyük Qayıdış” strategiyası gələcəkdə də eyni ardıcıllıqla davam etdiriləcək:

"Xatırladaq ki, Prezidentin 2025-ci il 30 may tarixli Sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrası məqsədilə 2025-ci il 18 iyun tarixli Sərəncamla Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiqlənib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri