Icma.az
close
up
RU
Böyük Qayıdış dövlətimizin prioritetidir Qafarov

Böyük Qayıdış dövlətimizin prioritetidir Qafarov

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı iri miqyaslı bərpa və yenidənqurma işlərinin yüksək dinamikası imkan verir ki, həmin ərazilərə bir vaxtlar bu torpaqlarda yaşamış, lakin erməni işğalı dövründə öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımızın geri dönüşü də yüksək intensivliklə həyata keçirilsin.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, hazırda Böyük Qayıdış dövlət proqramının uğurla reallaşdırıldığı bölgələrimizdən biri də Kəlbəcər rayonudur:

“Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 21-də bu rayona etdikləri səfər ölkə ictimaiyyətinə Kəlbəcərdə aparılan işlərin böyük vüsətini bir daha tam dolğunluğu ilə nümayiş etdirdi”.

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi hər bir səfəri bu torpaqlarda görülən işlərin mühüm prioritet istiqamətlərdən biri kimi xüsusi nəzarətdə saxlandığını təkrar-təkrar hər kəsin diqqətinə çatdırmış olur:

“Bu proses görülən işlərin və həyata keçirilən Böyük Qayıdış dövlət proqramının önəmli xarakterindən irəli gəlir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri mühüm obyektlərin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin Vəng kəndində üç yeni kiçik su elektrik stansiyasının açılışını ediblər. Dövlət başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüb və onlara yeni mənzillərinin açarlarını təqdim edib. Səfər çərçivəsində Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, eləcə də şəhər parkının təməli qoyulub. Möhtərəm Prezidentimizin burada yerli sakinlərlə görüşü zamanı dediyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”.

K.Qafarov dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı burada yerli sakinlərlə keçirdiyi görüşlərin siyasi-mənəvi əhəmiyyətini xüsusi vurğulayıb:

“Belə görüşlər 30 illik məcburi köçkünlük həyatı yaşamış insanların öz dədə-baba yurdlarında bundan sonra sülh və əmin-amanlıq içərisində, tam təhlükəsiz şəraitdə yaşayacaqlarına inamlarını daha da gücləndirir, onlara ruh yüksəkliyi bəxş edir. Digər tərəfdən isə, həm ölkəmizdə cərəyan edən proseslər, həm də qlobal miqyasda baş verən və ölkəmizə bu və ya digər şəkildə bilavasitə təsiri olan hadisələr barədə birbaşa ölkə rəhbərinin açıqlamalarını eşitmək insanlarda həmin hadisələrə düzgün baxış bucağının formalaşması üçün ən əlverişli amildir. Bu baxımdan son günlər ölkəmizdə ən çox müzakirə olunan mövzunun cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi rəsmi səfərin və Ağ Evdə keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan ölkə rəhbərlərinin Zirvə Görüşünün nəticələri ilə bağlı olduğunu nəzərə alsaq, bu zaman dövlət başçımızın Kəlbəcər şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini də aydın şəkildə görə bilərik. Cənab Prezident bir daha Ermənistanla sülh müqaviləsinin müəllifinin məhz Azərbaycan olduğunu diqqət mərkəzinə çəkdi və bildirdi ki, müqavilənin bütün bəndlərinin tərtibatında ölkəmizin mövqeyi hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması isə faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoymuş oldu. Paraflanmış mətndə Naxçıvanla quru yolla bağlantının təmin edilməsinə və ATƏT-in Minsk qrupunun ləğvinə dair müddəaların yer alması da Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Avqust 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri