Icma.az
close
up
RU
Böyük Qayıdış böyük inamla icra olunur

Böyük Qayıdış böyük inamla icra olunur

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlər nəzərdə tutulduğundan da artıq plan üzrə sürətlə icra edilməkdədir. Aparılmış monitorinqin nəticələrinə əsasən, ötən dövr ərzində azad edilmiş ərazilərdə, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yenidən qurulması, yaşayış evlərinin  tikintisi, həmçinin iqtisadi fəaliyyət sahələri üzrə layihələr nəzərdə tutulan planlar üzrə tam icra olunub.

Yol-nəqliyyat, enerji-rabitə, kommunal infrastrukturlar... 

Tədbirlər Planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 30 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Zəruri müdafiə strukturlarının yaradılması, təhlükəsizlik məqsədilə yeni hərbi infrastrukturların qurulması təmin edilib, Laçın dövlət sərhədinin buraxılış məntəqəsində “Laçın” gömrük postu qurulub. Zəruri kommunal və sosial infrastrukturların qurulması istiqamətində də xeyli işlər görülüb. Ərazilərin elektrik enerjisi ilə təchizatı üçün cəmi 400 km-ə yaxın 110 kv-luq və 330 kv-luq elektrik verilişi xətləri çəkilib. Poçt və telekommunikasiya xidmətləri infrastrukturunun qurulması məqsədilə bir neçə yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib, 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11-dən çox yeni baza stansiyası quraşdırılıb.

Dövlət Proqramı çərçivəsində zəruri yol-nəqliyyat infrastrukturlarının inşası da sürətlə davam etdirilməkdədir. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhlizinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizə yaxını yerinə yetirilib. Eləcə də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının uçuşları təmin edilib.

55 müəssisənin cəmləşdiyi 2 sənaye parkı yaradılıb

Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu 2 sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb. Bu bölgələrdə fəaliyyət göstərən sahibkarların maliyyə-kredit təminatı ilə bağlı tədbirlərdə də əhəmiyyətli müsbət dinamika nəzərə çarpır. Həm dövlət, həm də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr bu bölgədə infrastruktur layihələrinin icrası ilə yanaşı, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, rabitə, ticarət və digər sahələrin ümumi inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əlavə dəyərin artımını təmin edib.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması istiqamətində regionlarda fəaliyyət göstərən sənaye parklarında 11 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Emal sənayesi və xidmət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ümumilikdə, 180 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib. 5 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib. Azad edilmiş ərazilərdə fəaliyyət göstərən 12 kənd təsərrüfatı məhsullarının istehsalçısına dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilib.

İndiyədək 21,6 milyard manat investisiya yönəldilib

Ümumilikdə, 2025-ci ilin birinci yarısının göstəricilərinə əsasən, 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramının icra səviyyəsi 74 faiz yerinə yetirilib. Cari il yanvarın 1-dək proqram çərçivəsində 21,6 milyard manat vəsait ayrılıb. 2025-ci ildə dövlət büdcəsindən 4 milyard manat, digər əlavə mənbələrdən vəsait cəlb olunmaqla ilin sonunda bu rəqəmin 28 milyard manata çatacağı nəzərdə tutulur.

Həmin sərmayələr hesabına bölgədə məşğulluq imkanlarının təminatı da öz həllini tapır. Bu regionda iş yerləri üzrə vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində görülən işlər sayəsində də əhəmiyyətli nəticələr əldə olunub. İndiyə qədər işğaldan azad edilmiş rayonlarda 1000-dən çox yeni iş yeri yaradılıb ki, onun böyük əksəriyyəti Laçın, Şuşa, Ağdamın payına düşür. Bu proses fasiləsiz olaraq davam etdirilir və cari ilin ilin sonunda bu bölgədə iş yerlərinin sayının 2000- ötəcəyi gözlənilir.

Hədəf 140 min insanın köçürülməsidir

Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” elan edilməsi, bu ərazilərin bərpası və inkişafında strateji hədəflərdəndir. Artıq alternativ enerji mənbələrinin istifadəsi üçün dünyanın önəmli enerji şirkətləri ilə müqavilələr imzalanır. Qarabağ və Şərqi Zəngəzurun işğaldan sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun aparılan, “yaşıl” texnologiyaların və “ağıllı’’ sistemlərin tətbiqi vasitəsi ilə həm külək, həm Günəş enerjisindən istifadə edilərək, hərbi obyektlərin, yeni yaradılan sosial-iqtisadi infrastrukturun fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı təşkil ediləcək.

Bütün bu təchizat və quruculuq işşləri isə dayanılqı məskunlaşmanın daha da irəliləməsinə səbəb olacaq. İndiyə qədər bu bölgəyə 20 minə yaxın keçmiş məcburi köçkün geri qayıdıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və işləyir. Geridönüş prosesi hər ay davam edir və hər köç karvanı yüzlərlə ailəni əhatə edir. Yeri gəlmişkən, avqustun 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Ağdərənin Kolatağ kəndinə yola salınıb. İlk mərhələdə kəndə 26 ailə - 89 nəfər köçürülür. Növbəti köç karvanları sayəsində bölgədə məskunlaşanların sayı daha da böyüyəcək. Ümumilikdə, 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır.

YEGANƏ

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri