Icma.az
close
up
RU
“Böyük Qayıdış”dan böyük inkişafa

“Böyük Qayıdış”dan böyük inkişafa

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Və yaxud Azərbaycanın inkişafında Zəngilanın gələcək rolu

Bugün -20 oktyabr 2025-ci il tarixində Zəngilan şəhərinin işğaldan azad olunmasının 5 ili tamam oldu. Xatırladaq ki, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə düşmən təxribatlarına cavab olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlatdığı əks-hücüm əməliyyatları nəticəsində Zəngilan şəhəri təxminən 30 illik işğaldan azad olunmuşdur.

Məlumat üçün bildirək ki, Zəngilan rayonu erməni-rus işğalçıları tərəfindən ələ keçirilərkən bir şəhər, 5 qəsəbə və 83 kənddən ibarət, rayonun əhalisi isə 45 min nəfərdən çox idi. Məhz bu qanlı tarixdən sonra, digər işğal edilən rayonlarımızın sakinləri kimi, Zəngilanınn əhalisi də müvəqqəti olaraq Respublikanın 43 rayonunda məskunlaşdı.

Zəngilanın işğalından sonra buradakı tarixi, dini abidələr, o cümlədən çox sayda məscid, yüz illərdir orada yaşayan Türk xalqlarına mənsub türbələr, qədim dövrlərdən və orta əsrlərdən qalan milli-mədəniyyət nümunələrimiz erməni vandalları tərəfindən vəhşicəsinə məhv edildi, dağıdıldı. Heç də təsadüfi deyilki, digər əksər rayonlarımız kimi Zəngilanın yaşayış əraziləri, o cümlədəndə Zəngilan şəhəri işğaldan azad olunarkən tamamilə yaşayışa yararsız vəziyyətdə idi. Belə desək, şəhərdə daş daş üstə qalmamışdı. Məhz bu səbəbdən də Zəfər günündən dərhal sonra Prezidnet İlham Əliyevin ilk qərarlarından biri işğaldan azad olunan rayonlarımızın yenidən qurulması və illər öncə öz dədə-baba yurdundan qovulan vətəndaşlarımızın geri qaytarılması ilə əlaqədar oldu. Hansıki, Prezidentin təsdiq etdiyi “Böyük Qayıdış Proqramı” hazırda Qarabağın və Şərqi Zəngəzurun yeni inkişaf dövrünə gətirib çıxarmaqdadır. Belə ki, hələ 2020-ci ilin noyabr ayının 10-da Prezident İlham Əliyev xalqa müraciətində işğaldan azad olunan torpaqların yenidən qurulacağını bəyan etmişdi: “Məçburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-bala torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”.

Ölkə başçısının dediyi kimi də oldu. Artıq 5 ildir ki, “Böyük Qayıdış Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yaşayış əraziləri yenidən qurulur, yollar inşa edilir, yeni istehsal müəsisələri yaradılır, ərazilər minalardan təmizlənir və keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar.

Yeri gəlmişkən, bu gün - 20 oktyabr 2025-ci il tarixində açıqlanan rəsmi statiskaya əsasən, təkcə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə 19 yaşayış məntəqəsində 1040 ailə - 4064 nəfər keçmiş məcburi köçkün məskunlaşmışdır. Ümumilikdə, bu ərazilərə 22 mindən çox vətəndaşımız qayıdıb və onlar bütün sosial xidmətlərlə təmin olunub. Hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi, 3 mindən artıq şəxsin işlə təmin olunduğu bildirilir.

Böyük Qayıdışdan böyük inkişaf mərhələsinə

Onu da bildirək ki, “Böyük Qayıdış Proqramı”na dağılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, “ağıllı kənd”lərin salınması, infrastruktur layihələrin icrası, yaşıllıqların, meşə sahələrinin bərpası, eləcə də hava limanlarınn tikintisi və s. daxildir. Prezident İlham Əliyev bu ilin əvvəlində Qarabağ və Şərqi Zəngəzurda əsas infrastruktur layihələrin qısa müddətdə başa çatacağını bildirmişdi: “Biz əsas infrastruktur layihələrini yəqin ki, 1-2 ilə başa çatdıracağıq. Ən çox vəsait bu lahiyələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.

Qeyd edək ki, “Böyük Qayıdış Proqramı”na uyğun olaraq 2022-ci ilin iyun ayından etibarən Zəngilanın Ağalı kəndinə də köç prosesinə start verilib. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürür hissi ilə öz dədə-baba yurdlarına qayıdırlar.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda fəaliyyətə başlayan idarə və müəsisələrdə - səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika və sair sahələrdə çalışan insanların sayı 30 min nəfərdən artıqdır. Bu ilin sonunadək daha 20 min vətəndaşımızın öz doğma yurdlarında məskunlaşacağı bildirilir.

Onu da xatırladaq ki, 2025-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Stragediyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında sərəncam imzalayıb. Artıq bu sərəncamdan irəli gələn tədbirlər planı həyata keçirilməkdədir. İnanırıq ki, hazırda bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrünü yaşayan Qarabağ və şərqi Zəngəzur tezliklə regionun ən böyük sənaye mərkəzinə, turizm ərazisinə çevriləcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcəkdir.

Əlbəttə, Zəngilan şəhərinin işğaldan azad olunduğu bugünki tarixdə burada görülən işləri də xüsusilə qeyd etməliyik. Yeri gəlmişkən, 30 oktyabr 2023-cü il tarixində baş nazir Əli Əsədov tərəfindən təsdiq edilən "Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın icrası da bu şəhərin Azərbaycanın əsrarəngiz yaşayış ərazilərindən birinə çevriləcəyinə şübhə yaratmır. Şübhə yoxdur ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Zəngilan rayonunda görülən işlər artıq öz bəhrəsini verməkdədir. Yuxarıda da qeyd etdiyimiz kimi, 1-ci pilot layihə olan - Ağalı kəndindən 200 evdən ibarət olan “ağıllı kənd” indi nəinki bölgəmizin, hətta dünyanın ən müasir kəndlərindən biri hesab olunur. İnanırıq ki, bu rayonda görülən işlər nəticəsində Zəngilan şəhərinin ilk sakinləri də tezliklə öz tarixi yurdlarına qədəm qoyacaqlar.

Zəngilan – bölgənin mühüm nəqliyyat qovşağı

Sonda Zəngilanın mühüm nəqliyyat qovşağı olmasına da diqqət ayıraq. Bəlli olduğu kimi, bu rayon mühüm nəqliyyat dəhlizi üzərində yerləşir və burada inşa olunan Beynəlxalq Hava Limanı təkcə Zəngilanın deyil, ümumilikdə bölgənin inkişafına töhvə verəcək əsas strateji obyektlərdəndir. Ümid edirik ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın önəmli nəqliyyat qovşağına çevrilməsində də  aparıcı rol oynayacaqdır. O cümlədən, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə güclənmdirilməsi baxımından da olduqca mühüm stateji əhəmiyyətə malikdir.

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see503

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see315

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see283

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see256

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see250

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see240

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see237

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see225

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see220

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see220

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see207

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see207

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see202

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see199

Almaniyanın müdafiə naziri Hörmüz böhranına görə Trampı ittiham ETDİ

22 İyun 2026 00:02see188

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see184

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see162

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see162

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see161

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri