Icma.az
close
up
RU
Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı adlı tədbir keçirilib VİDEO

Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı adlı tədbir keçirilib VİDEO

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir təşkil edib.

Bu barədə APA-ya Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri haqqında ictimaiyyətin daha ətraflı məlumatlandırılması və bu bölgələrdəki həyatın yenidən canlanmasının nümayişi məqsədini daşıyıb.

Tədbir iştirakçıları əvvəlcə, Şuşa və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərdən hazırlanmış sərgiyə baxıblar. Bu sərgi, həmçinin Böyük Qayıdışın təkcə fiziki deyil, eyni zamanda emosional və sosial aspektlərini, insanların doğma yurdlarına geri dönüşündəki heyrətamiz hekayələri sənət dili ilə nümayiş etdirir.

Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini bildirib.

Dövlət Komitəsi sədrinin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Böyük Qayıdışın təşkilinin, yalnız bir insanın və ya ailənin öz torpağına qayıtması deyil, bütövlükdə Azərbaycanın gələcəyi üçün çox mühüm bir addım olduğunu vurğulayan Fuad Hüseynov bu prosesin hər bir mərhələsinin, ölkənin sosial və iqtisadi inkişafını sürətləndirəcəyini, həmçinin Qarabağ və Şərqi Zəngəzurun regionunun inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Elşad İskəndərov çıxış edərək, Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə, Şuşanın və digər azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bu layihələrin yalnız infrastruktur sahəsində deyil, həm də əhalinin sosial rifahının yaxşılaşdırılması, mədəniyyətin və təhsilin inkişaf etdirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində böyük rolu olduğunu qeyd edib.

Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa sakini Fəxrəddin Səfərov və digər sakinlər də iştirak edərək, öz təcrübələrini və Böyük Qayıdışa olan baxışlarını paylaşıblar. Sakinlər Şuşaya geri dönmək arzusunun onlar üçün necə böyük bir sevinc və qürur mənbəyi olduğunu, eyni zamanda bu dönüşün onların həyatında yeni bir səhifə açdığını vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri