Icma.az
close
up
RU
Böyük Qayıdış sürətlənir: Qarabağda yeni mərhələ başlayır

Böyük Qayıdış sürətlənir: Qarabağda yeni mərhələ başlayır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Böyük Qayıdışın ikinci mərhələsində əsas hədəf təkcə yeni yaşayış məntəqələrinin salınması olmayacaq. Növbəti mərhələdə artıq qurulmuş infrastrukturun üzərində dayanıqlı məskunlaşma, məşğulluq və iqtisadi fəallığın təmin edilməsi əsas məsələlərdən biri olacaq.

Milli Məclisin deputatı Rövşən Muradov Böyük Qayıdışın ikinci mərhələsi, 2027-ci ildən gözlənilən yeni köçlər və azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrlə bağlı Modern.az-a açıqlamasında bildirib ki, prosesin növbəti mərhələsi əvvəlki dövrdən fərqli xüsusiyyətlər daşıyacaq.

Deputatın sözlərinə görə, ilk mərhələdə əsas diqqət ərazilərin təhlükəsizliyinin təmin olunmasına, minalardan təmizlənməsinə, yaşayış məntəqələrinin və baza infrastrukturunun yaradılmasına yönəldilib:

“Artıq Böyük Qayıdış prosesində müəyyən mərhələ keçilib. İlk dövrdə əsas məsələ ərazilərin təhlükəsizliyinin təmin edilməsi, yolların, elektrik, su, qaz və digər kommunal infrastrukturun qurulması, yaşayış binalarının tikilməsi idi. İndi isə qarşıda duran əsas vəzifə həmin ərazilərdə insanların uzunmüddətli və dayanıqlı şəkildə yaşamasını təmin etməkdir.”

R.Muradov qeyd edib ki, 2027-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyacaq:

“İnsanların öz doğma torpaqlarına qayıtması yalnız evlə təmin olunmaları demək deyil. Orada iş yerləri, təhsil, səhiyyə, xidmət sahələri və biznes imkanları da olmalıdır. Ona görə də ikinci mərhələdə məskunlaşma ilə iqtisadi inkişaf bir-birini tamamlamalıdır. Ağdamda sənaye, Laçın və Kəlbəcərdə turizm, xidmət və digər sahələrin inkişafı bu baxımdan mühüm rol oynaya bilər.”

Deputat Laçının növbəti mərhələdə xüsusi əhəmiyyət daşıyan ərazilərdən biri olacağını bildirib:

“Laçında artıq şəhərin özündə böyük işlər görülüb. Bununla yanaşı, Qarıkaha kimi yaşayış məntəqələrində də tikinti işlərinin aparılması göstərir ki, proses yalnız şəhərlə məhdudlaşmır. Laçın rayonunun bütövlükdə inkişafı və ətraf yaşayış məntəqələrinin mərhələli şəkildə məskunlaşdırılması qarşıdakı dövrdə diqqətdə olacaq.”

R.Muradov Həkəriçay su anbarı, yol və digər iri infrastruktur layihələrinin də yalnız bir rayon üçün deyil, daha geniş region üçün əhəmiyyət daşıdığını vurğulayıb:

“Belə layihələr Qarabağ və Şərqi Zəngəzurun ayrı-ayrı rayonlarını vahid iqtisadi və infrastruktur məkanına çevirmək baxımından əhəmiyyətlidir. Su, enerji və nəqliyyat infrastrukturu inkişaf etdikcə yeni yaşayış məntəqələrinin məskunlaşdırılması üçün də imkanlar genişlənir.”

Deputatın sözlərinə görə, Ağdam və Kəlbəcərdə də fərqli inkişaf modellərinin formalaşması gözlənilir:

“Ağdamda şəhərsalma ilə yanaşı sənaye və istehsal imkanları yaradılır. Bu, orada yaşayacaq insanların məşğulluğu baxımından vacibdir. Kəlbəcərdə isə turizm və müalicə-sağlamlıq istiqamətində böyük potensial var. İstisu layihəsi, yolların yenilənməsi və yaşayış komplekslərinin yaradılması rayonun gələcək inkişafına xidmət edəcək.”

R.Muradov 2027-ci ildə konkret olaraq hansı yaşayış məntəqələrinə köçün başlanacağı məsələsinə də münasibət bildirib:

“Burada konkret yaşayış məntəqələrinin adlarını indidən dəqiq şəkildə sadalamaq düzgün olmaz. Çünki növbəti mərhələdə köçürüləcək ərazilər və onların ardıcıllığı təsdiqlənəcək dövlət proqramı və müvafiq planlaşdırma əsasında müəyyənləşdirilməlidir. Əsas məsələ odur ki, köçürülmə üçün ərazidə bütün zəruri şərait əvvəlcədən yaradılmış olsun.”

Deputat hesab edir ki, növbəti mərhələdə Böyük Qayıdışın əsas göstəricisi təkcə köçürülən insanların sayı deyil, həmin insanların doğma torpaqlarında davamlı həyat qurması olacaq:

“Biz artıq elə bir mərhələyə keçirik ki, əsas diqqət ‘nə qədər ev tikildi?’ sualından ‘orada necə həyat qurulur?’ sualına yönəlməlidir. İnsanların qayıtdığı ərazilərdə iş, təhsil, səhiyyə, sosial xidmətlər və biznes imkanları olmalıdır. Bu baxımdan 2027-ci ildən sonrakı dövr Böyük Qayıdışın keyfiyyət baxımından yeni mərhələsi olacaq.”

Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 3,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Qarşıdakı mərhələdə bu vəsait hesabına infrastruktur layihələri ilə yanaşı, yaşayış, məşğulluq və iqtisadi inkişafın təmin edilməsinə yönələn layihələrin də davam etdirilməsi gözlənilir.

Gülər Hüsenyli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri