Icma.az
close
up
RU
Böyük Qayıdış sadəcə şüar deyil,... ŞƏRH EDİLDİ

Böyük Qayıdış sadəcə şüar deyil,... ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Xocalı rayonunun Xan yurdu və Təzəbinə kəndlərinə ilk köçün həyata keçirilməsi Azərbaycan dövlətçiliyi, xalqımızın milli iradəsi və Böyük Qayıdış strategiyası baxımından olduqca mühüm və simvolik əhəmiyyət daşıyır. Bu gün biz yalnız bir köç prosesindən danışmırıq - bu, bütöv bir xalqın 30 illik həsrətinə son qoyması, tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətin bərpasıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Xocalının kəndləri müasir infrastruktur, təhlükəsizlik və sosial təminat baxımından ən yüksək standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bugünkü reallıq onu göstərir ki, Böyük Qayıdış sadəcə şüar deyil, sistemli və strateji əsaslara söykənən, mərhələli şəkildə həyata keçirilən milli proqramdır: "Xocalının özəlliyi həm də ondadır ki, bu rayon 1992-ci ildə insanlıq tarixinə qanlı Xocalı faciəsi ilə yazılmışdı. Xocalı təkcə bir coğrafi məkan deyil, həm də milli yaddaşımızın, şəhidlərimizin xatirəsinin yaşadığı bir rəmzdir. Bu gün isə həmin Xocalıya həyat qayıdır. Bu, şəhidlərimizin ruhuna ehtiram, sağ qalanlara isə haqq etdikləri qürur və təhlükəsizlik hissinin bəxş olunmasıdır. Xan yurdu və Təzəbinə kəndlərinə ilk sakinlərin köçürülməsi, regionda sabitliyin və sosial həyatın yenidən qurulması baxımından strateji bir addımdır. Bu köç təkcə keçmişə dönüş deyil, həm də gələcəyə doğru inamlı bir addımdır. Azərbaycanın Qarabağ siyasəti artıq beynəlxalq miqyasda öz legitimliyini sübut etmiş, işğal sonrası dövrdə sülh və quruculuqla bağlı nümunəvi model təqdim etmişdir.

Bu gün bizim qarşısında dayandığımız vəzifə sadəcə torpaqlara fiziki qayıdış deyil, bu torpaqlarda dayanıqlı inkişaf, vətəndaş rifahı və humanitar stabilliyin təminidir. Dövlətimiz tərəfindən Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr - yeni məktəblərin, tibb ocaqlarının, yolların, enerji və su təchizatının qurulması - bütün dünyaya göstərir ki, Azərbaycan öz vətəndaşının təhlükəsiz və layiqli həyatını təmin etməyə qadirdir. Bu tarixi prosesin bir hissəsi olmaq, xalqın etimadını daşıyan millət vəkili kimi bu dönüşün şahidi olmaq mənim üçün qürurvericidir. Qarabağ Azərbaycandır - bu sözlər artıq təkcə siyasi bəyanat deyil, reallığa çevrilmiş, icra olunmuş milli hədəfdir. Xocalının dirçəlməsi, Xan yurdu və Təzəbinə kimi kəndlərə həyatın qayıtması ilə Böyük Qayıdış davam edir və bu dönüş hər bir azərbaycanlının qəlbində və ruhunda əbədi yaşayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri