Icma.az
close
up
RU
Böyük Qayıdış yalnız bu günün deyil,.. ŞƏRH EDİLDİ

Böyük Qayıdış yalnız bu günün deyil,.. ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbə, ölkənin yeni bir mərhələyə qədəm qoymasına şərait yaratdı. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması ilə dövlət qarşısında duran əsas məsələ bu ərazilərin bərpası, yenidən qurulması və sakinlərin təhlükəsiz şəkildə geri qaytarılması oldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu məqsədlə hazırlanmış və hazırda uğurla icra olunan "Böyük Qayıdış" proqramı sadəcə bir köçürmə planı deyil, əslində Azərbaycanın gələcəyini müəyyən edən, çoxşaxəli və strateji əhəmiyyətə malik bir inkişaf konsepsiyasıdır: "Hazırda dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri sistemli şəkildə həyata keçirilir. Bu proses çərçivəsində ilk növbədə infrastrukturun – avtomobil yolları, dəmir yolları, enerji xətləri, su və kanalizasiya sistemləri, internet və rabitə şəbəkələrinin bərpası təmin olunur. Paralel olaraq, sosial infrastrukturun qurulması – məktəblərin, xəstəxanaların, mədəniyyət evlərinin, idman obyektlərinin tikintisi də davam edir. Artıq bir neçə bölgədə – Zəngilanın Ağalı kəndi, Laçın şəhəri, Füzuli rayonu və digər yaşayış məntəqələrində vətəndaşların köçürülməsi həyata keçirilib. Bu ailələrə müasir və rahat mənzillər təqdim olunub, eyni zamanda kənd təsərrüfatı, xidmət və digər sahələrdə məşğulluq imkanları yaradılıb. Beləliklə, geri dönən sakinlərin orada uzunmüddətli və sabit yaşaması üçün bütün şərait təmin edilir. “Böyük Qayıdış”ın yalnız iqtisadi və fiziki aspektləri deyil, eyni zamanda mənəvi və milli dəyərlər baxımından da böyük önəmi var. Bu torpaqlara qayıdış, uzun illər işğal altında qalan ərazilərimizdə həyatın yenidən canlanması, mədəniyyətimizin, tariximizin və milli kimliyimizin real şəkildə bərpasıdır. Bu, həm də düşmənin məqsədlərinə qarşı ən güclü cavabdır – torpaqların boş qalması ilə bağlı planlar iflasa uğrayıb.

Bu prosesin uğurla həyata keçirilməsi ölkənin gələcək inkişafına ciddi təkan verəcək. Qarabağ və Şərqi Zəngəzur regionları artıq təkcə hərbi-strateji deyil, həm də iqtisadi və logistik baxımdan böyük potensiala malikdir. Yeni yollar, dəmir yolu xətləri, hava limanları və sərhədyanı ticarət imkanları bu əraziləri regional əməkdaşlıq baxımından da önə çıxarır. Beləliklə, Böyük Qayıdış proqramı həm ölkədaxili sosial stabilliyə, həm də regional inteqrasiyaya müsbət təsir göstərir. Ən önəmlisi isə budur ki, bu proses dövlətin və xalqın birliyinin göstəricisidir. Azərbaycanın həyata keçirdiyi bu genişmiqyaslı layihə dünyaya bir mesaj verir: bu xalq öz torpaqlarına sahib çıxır, öz tarixini özü yazır və bu torpaqlarda yeni, müasir və firavan bir həyat qurur. Böyük Qayıdış yalnız bu günün deyil, gələcək nəsillərin taleyini müəyyən edən strateji addımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri