Böyük Qayıdışa aparan uğurlu siyasət VİDEO
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın xilas və inkişaf yolunu əks etdirən xüsusi videoçarx hazırlanıb.
525.az-a Komitədən verilən məlumata görə, videoçarxda Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və bu tarixi hadisənin müasir Azərbaycanın qələbələrinə necə zəmin yaratdığı işıqlandırılır, onun məcburi köçkünlərə göstərdiyi xüsusi qayğı xronikal kadrlarla təqdim olunur. "Biz mütləq doğma torpaqlarımıza qayıdacağıq" fəlsəfəsi videonun ideoloji sütununu təşkil edir.
Videoçarxda, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrətinin artırılması və 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə vurğulanır, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın qürurverici kadrları əks olunur.
Videoçarxın əsas qayəsi 15 İyun Qurtuluş Günü ilə 8 Noyabr Zəfər Günü arasındakı qırılmaz bağı — Azərbaycanın intibahının başlanğıcı ilə onun zirvəsini hər bir vətəndaşa çatdırmaqdır.
Baxış sayı:116
Bu xəbər 15 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















