Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Böyük Qayıdışa dair II Dövlət Proqramı daha geniş inkişafa yol açacaq

Böyük Qayıdışa dair II Dövlət Proqramı daha geniş inkişafa yol açacaq

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uğurla icra olunan Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində müvafiq ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır. Həmçinin dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün lazımi şərait yaradılır. Bu barədə məlumat verən Baş nazir Əli Əsədov qeyd edib ki, artıq Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanılıb: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə bu illər ərzində azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edirlər. Son zamanlar Azərbaycana səfər edən dövlət və hökumət başçıları bir qayda olaraq işğaldan azad edilmiş ərazilərimizə də səfər edir və Prezident İlham Əliyevin apardığı genişmiqyaslı işləri böyük heyranlıq hissi ilə qeyd edirlər".

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", həmçinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb.

Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb.

Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynayıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.

Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.

Millət vəkili Elçin Mirzəbəyli deyir ki, işğaldan azad edilmiş torpaqlarımıza qayıdış, şübhəsiz ki, bu torpaqların işğalına son qoyulduğu gündən başlayıb. Azərbaycanlılar öz tarixi yurd yerlərinə Ali Baş Komandanın parlaq zəkası və böyük qətiyyəti, şəhidlərin qanı, əsgər çəkmələrinin izləri ilə qayıdıblar. İndi isə bu proses vəhşi, qaniçən, vandal tayfanın viran qoyduğu yurd yerlərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləriylə, misilsiz bir sürət və böyük Vətən sevgisinə bürünmüş yüksək peşəkarlıqla davam etdirilir: "Proses o qədər sürətlə və mükəmməl bir şəkildə, həm də strateji planlama ilə aparılır ki, qürur duymamaq mümkün deyil. Dövlətin idrakı da, yaradıcılıq potensialı da qolu qədər güclüdür".

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyev bildirib ki, əsas infrastruktur layihələrini, yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir: "Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq".

İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, "ağıllı kənd" və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ, Şərqi Zəngəzura qayıdışına, əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.

Bəli, artıq Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrünü yaşayır. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə ayaq basanda xarabalıqların yerində inşa edilmiş və öz sakinlərini qoynuna almış müasir, yaraşıqlı kəndlərin, şəhərlərin şahidi oluruq.

Düşmən tapdağında 30 ilə yaxın qalan torpaqlarımızda indi həyat sürətlə canlanır, bərpa olunur. Bərpa prosesində müasir infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzindədir. Açılan təhsil və mədəniyyət ocaqları, yaşayış kompleksləri və digər obyektlər göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın inkişaf simvoluna çevrilib. Yenidənqurma işləri Qarabağda iqtisadi canlanmaya da səbəb olur, iş yerləri açılır, yerli və xarici sərmayə cəlb olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji zonası konsepsiyası bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir.

Millət vəkili Ceyhun Məmmədov deyib ki, Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrünü yaşayır. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə ayaq basanda xarabalıqların yerində inşa edilmiş və öz sakinlərini qoynuna almış müasir, yaraşıqlı kəndlərin, şəhərlərin şahidi oluruq: "İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, Pezident həm Qarabağ, həm də Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu tendensiyaların, inkişaf prioritetlərinin həm də Qarabağ və Şərqi Zəngəzurda implementasiya hazırda mühüm əhəmiyyət kəsb edir. Çünki enerjinin genorasiyası, günəş, külək enerjisinin istifadəsi üçün bölgədə çox geniş potensial var. Hətta deyərdim ki, ixrac potensialı da var. 2025-ci ilin dövlət büdcəsindən Qarabağda aparılan işlərin həyata keçirilməsi üçün 4 milyard manatdan çox vəsait ayrılıb. Əsasən enerji, infrastrukturun yaradılması, yeni nəqliyyat hablarının qurulması, ənənəvi enerji mənbələrinin bərpası nəzərdə tutulur. Ötən illərə nəzər salsaq, görərik ki, 30-dan çox Su Elektrik Stansiyası yenidən bərpa olunub, bütün yollar yenidən çəkilib. İlk dəfə məhz Qarabağ iqtisadi zonasında yeraltı tunellərin çəkilməsi Azərbaycan dövləti tərəfindən həyata keçirilib və uğurla icra edilib".

Azad edilən ərazilərdə son dörd ildə görülən işlər bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləməklə yanaşı, böyük qurucu xalq olduğumuzu da nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-kökünə və doğma torpaqlarına bağlıdır. İlham Əliyevin bu rayonlara hər bir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin keçirilməsi ilə diqqətdə olur. İrimiqyaslı infrastruktur layihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılması mərhələli, plan üzrə davam etdirilir.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, işğaldan azad olunan ərazilərin ümumi iqtisadi potensialı yüksək qiymətləndirilir: "Nəzərə alsaq ki, hər bir rayon üzrə iqtisadi potensial ayrıca dəyərləndirilir, görürük ki, bəzi rayonlarda sənaye, digərlərində aqrar sahə, bəzilərində isə turizm və nəqliyyat sektoru ön plana çıxır. Bu da onu göstərir ki, işğaldan azad olunmuş hər bir rayon kifayət qədər böyük və müxtəlif iqtisadi imkanlara malikdir.Təbii ki, bu potensialdan tam istifadə olunması üçün genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Artıq biz Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının tədricən bərpa olunduğunu və bu ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiya prosesinin getdiyini müşahidə edirik. Bu, bir tərəfdən ölkə iqtisadiyyatına əlavə dəyər yaradırsa, digər tərəfdən həmin bölgələrdə məskunlaşma prosesini də sürətləndirir".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri