Böyük Qayıdışa dair II Dövlət Proqramı Prezidentə təqdim olunub Əli Əsədov
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Baş nazir Böyük Qayıdışa dair II Dövlət Proqramı haqqında danışıb.
Turkustan.az xəbər verir ki, o, parlamentdə Nazirlər Kabinetinin hesabatını təqdim edərkən deyib ki, 30 may 2025-ci il tarixində ölkə Prezidenti tərəfindən imzalanmış Sərəncamdakı tapşırığa əsasən, yeni çağırışları və hədəfləri əhatə edəcək “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının” layihəsi hazırlanıb, İqtisadi Şurada müzakirə olunub. Hər iki sənədin layihəsi Hökumət tərəfindən artıq Prezidentə təqdim olunub.
“Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası hazırda uğurla davam edir.
2025-ci ilin yekunları üzrə göstəricilər bir daha sübut edir ki, Prezident İlham Əliyevin formalaşdırdığı iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun inkişafına, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına əsaslanır. Mövcud iqtisadi artım bazası isə məhsuldarlıq, xidmətlərin ixracı və texnologiya əsaslı dərinləşmə üçün əlverişli şərait yaradır” - qeyd edib./modern.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 Mart 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















