Icma.az
close
up
RU
Böyük Qayıdışın əsas hədəfi, Qarabağı həyat məkanına çevirməkdir DEPUTAT DANIŞDI

Böyük Qayıdışın əsas hədəfi, Qarabağı həyat məkanına çevirməkdir DEPUTAT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

”“Böyük Qayıdış” prosesi artıq formalaşmış dövlət siyasəti və müəyyən edilmiş yol xəritəsi çərçivəsində ardıcıl şəkildə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə bu proseslə bağlı gözləntilərin bəzən daha sürətli olması təbiidir, lakin real şəraitdə, xüsusilə də uzun illər işğal altında qalmış ərazilərdə aparılan bərpa və quruculuq işlərinin mürəkkəbliyi bu tempə birbaşa təsir göstərir. İnfrastrukturun sıfırdan qurulması, kommunikasiya xətlərinin çəkilməsi, sosial obyektlərin inşası və təhlükəsizlik məsələləri vaxt və ciddi resurs tələb edən mərhələlərdir. Bu səbəbdən tikinti və digər texniki proseslərdə müəyyən ləngimələrin yaşanması qaçılmazdır və bunu obyektiv reallıq kimi qiymətləndirmək lazımdır.

Bununla belə, ümumi mənzərə nikbindir və prosesin dayanıqlı şəkildə irəlilədiyini açıq şəkildə göstərir. Artıq təxminən 70 minə yaxın insanın Qarabağa köçürülməsi Böyük Qayıdış strategiyasının real nəticələr verdiyini təsdiqləyir. Bu rəqəm təkcə statistik göstərici deyil, eyni zamanda insanların doğma torpaqlara qayıdış iradəsinin, dövlətin isə bu istiqamətdə apardığı məqsədyönlü siyasətin təzahürüdür. Ən vacib məsələ isə bu köçün formal deyil, məhz real və davamlı məskunlaşma xarakteri daşımasıdır.

Qarabağa qayıdan insanların həmin ərazilərdə daimi yaşam qurması, yeni evlərində uzunmüddətli perspektivlə həyatlarını planlaşdırması xüsusi əhəmiyyət kəsb edir. Burada əsas risk ondan ibarətdir ki, insanlar mənzil əldə etsələr belə, sosial-iqtisadi imkanların məhdudluğu səbəbindən yenidən Bakıya və ya digər böyük şəhərlərə qayıtmaq məcburiyyətində qala bilərlər. Bunun qarşısını almaq üçün Qarabağa yalnız yaşayış məkanı və ya istirahət guşəsi kimi deyil, tamhüquqlu həyat və inkişaf məkanı kimi baxılmalıdır. İnsanlar bu torpaqlarda yaşamağı, işləməyi, ailə qurmağı və gələcək nəsillər üçün dəyər yaratmağı özləri üçün real perspektiv kimi görməlidirlər.

Bu baxımdan məşğulluq məsələsi Böyük Qayıdışın uğurunun əsas şərtlərindən biridir. Qarabağda iqtisadi fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı, sənaye, xidmət və turizm sahələrinin paralel inkişafı insanların bölgədə qalıcı olmasına zəmin yaradır. Dövlət tərəfindən yaradılan infrastruktur və güzəştlər bu prosesin əsas dayağıdır, lakin cəmiyyətin, özəl sektorun və yerli təşəbbüslərin də bu siyasəti dəstəkləməsi vacibdir. Yeni iş yerlərinin açılması, sahibkarlığın təşviqi və peşə hazırlığı proqramları insanların bölgədə sosial-iqtisadi təhlükəsizliyini möhkəmləndirir.

Eyni zamanda, Böyük Qayıdış prosesinin effektivliyi üçün bütün mərhələlər diqqətlə izlənməli və yaranan problemlərə operativ şəkildə reaksiya verilməlidir. Sosial xidmətlərin keyfiyyəti, təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti, kommunal təminat və nəqliyyat imkanları məskunlaşmanın dayanıqlılığına birbaşa təsir göstərir. Qarabağda yaşayan insanların gündəlik həyatında rahatlıq və təhlükəsizlik hissinin formalaşması onların bölgəyə bağlılığını gücləndirir.

Böyük Qayıdış təkcə fiziki köç prosesi deyil, eyni zamanda sosial, iqtisadi və mənəvi dirçəliş layihəsidir. Bu prosesin uğuru yalnız evlərin tikilməsi ilə deyil, həmin evlərdə həyatın canlanması, insanların orada öz gələcəyini görməsi ilə ölçülür. Dövlətin həyata keçirdiyi bu strateji siyasətin davamlı dəstəklənməsi və cəmiyyət tərəfindən düzgün qavranılması , Qarabağın uzunmüddətli inkişafı və dirçəlişi üçün həlledici rol oynayır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri