Icma.az
close
up
RU
Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir Deputat

Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir Deputat

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

“20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonu erməni işğalından azad edildi. 27 ildən çox düşmən tapdağı altında qalan bu qədim Azərbaycan torpağı azad olundu.”
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Zəngilanın strateji əhəmiyyəti danılmazdır. “Tarixi Zəngəzur bölgəsi ötən əsrin əvvəllərində süni şəkildə bölünərək, böyük hissəsi Ermənistana verilmiş, yalnız Zəngilan, Laçın və Qubadlı Azərbaycanda qalmışdır. 1993-cü ildə isə bu rayonlar da işğal edildi. Zəngilan əhalisi 67 gün mühasirədə döyüşdü, minlərlə insan Araz çayını keçərək ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmalı oldu”.
Millət vəkili tarixi ədalətin məhz Azərbaycan Ordusunun qəhrəmanlığı və cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində bərpa edildiyini vurğulayıb: “Vətən müharibəsinin gedişində Zəngilan rayonunun 4 qəsəbəsi və 49 kəndi azad edildi, Azərbaycan-İran sərhədi boyunca nəzarət tam bərpa olundu. Bundan sonra dövlət başçısının imzaladığı sərəncamla “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və minlərlə hərbi qulluqçu bu medalla təltif olundu. Bu gün isə Zəngilan sözün əsl mənasında bərpa və quruculuğun simvoluna çevrilib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə burada ilk “Ağıllı kənd” – Ağalı kəndi salındı. Bu kənd təkcə müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində insanın dayandığını göstərən bir nümunəyə çevrildi. Yaşıl enerji, yüksək keyfiyyətli infrastruktur, smart idarəetmə – bütün bunlar Azərbaycan modelinin real göstəriciləridir. Bütün bu proseslər Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərir. Artıq Zəngilan rayonunun 2040-cı ilədək inkişafını əhatə edən baş plan təsdiqlənib, yaşayış kompleksləri, sosial obyektlər və sənaye sahələri inşa olunur. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 20 oktyabr “Zəngilan Şəhəri Günü” elan olunub. Bu, həm simvolik, həm də strateji qərardır – azad edilmiş torpaqların dirçəlişinə verilən yüksək dəyərin göstəricisidir. Zəngilan artıq yalnız keçmişin deyil, eyni zamanda gələcəyin şəhəridir. Bu torpaqlara həyat, sülh və inkişaf qayıdır. Və bu dönüşün müəllifi – cənab Prezident İlham Əliyevin əzmkar, uzaqgörən və milli maraqlara söykənən liderliyidir”.
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri