Icma.az
close
up
RU
Böyük Qayıdışın yeni səhifəsi

Böyük Qayıdışın yeni səhifəsi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Ağdərə inkişaf edir, iqtisadiyyata inteqrasiya olunur

Qarabağ iqtisadi rayonuna daxil olan, zəngin resursları və iqlimi ilə seçilən Ağdərə Ermənistanın işğalından azad edildikdən sonra böyük quruculuq meydanına çevrilib. Bu ərazidə dövlətimizin gücü və davamlı maliyyə dəstəyi ilə nəhəng infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir. Ötən dövr ərzində Ağdərədə yol-nəqliyyat, turizm, su-meliorasiya, kommunikasiya, sosial infrastruktur layihələrinin icrası həyata keçirilib, bir neçə mühüm obyekt istifadəyə verilib.

Martın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərəyə səfəri və mühüm obyektlərin açılış mərasimlərində iştirakı Böyük Qayıdışın sürətli icrasını bir daha təsdiqlədi. Ağdərə sakinləri üçün Novruz bayramı günlərində ən böyük töhfə Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsidir. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Bu isə köçlə bağlı ümumilikdə 180 ailənin tam şəkildə dayanıqlı mənzil təminatının həlli deməkdir.

Suqovuşanda “yaşıl enerji”...

Dövlət Suqovuşanda yaşayan insanların təhsil, sosial, məşğulluq problemlərini də xüsusi diqqətdə saxlayıb və bu infrastrukturların hər birinin yaradılmasını da gerçəkləşdirib. Belə ki, kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bu isə kəndə keyfiyyətli təhsilin aparılması üçün yaxşı fürsətlər deməkdir.

Bundan əlavə, kənddə enerji təminatı üçün də bütün imkanlar yaradılıb. Bərpaolunan enerji potensialı ilə zəngin olan Suqovuşanda ənənəvi enerjiyə deyil, “yaşıl enerji”yə üstünlük verilib və bu ssenariyə uyğun olaraq ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları (KSES) inşa edilib. Bu stansiyalar təkcə həmin kəndin deyil, digər ətraf ərazilərin də ekoloji təmin enerji ilə təchizatında xüsusi rol oynayacaq. 

Suqovuşanda yaradılan digər geniştutumlu layihələrdən biri ekoturizm və istirahət turizmi sənayesinin yaradılmasıdır. Kəndə yaradılan “istirahət kompleksi layihəsi” 6 hektar olan kompleksi əhatə etməklə 16 kottec və 2 mərtəbəli hotel binasından ibarətdir. Layihənin genişləndirilməsi sayəsində bu ərazi Azərbaycanın ən böyük turizm marşrutlarından birinə çevriləcək.

Ağdərə turizm mərkəzinə çevrilir

Suqovuşan zəngin iqtisadi potensiala və xammal ehtiyatlarına malik bölgədir, burada balıqçılıq, kənd təsərrüfatı, turizm üçün münbit şərait mövcuddur. Bu ərazidə ölkənin su təminatı üçün zəngin resurslar cəmləşib, Suqovuşan su anbarı Qarabağın və ətraf rayonların kənd təsərrüfatında həyati əhəmiyyət kəsb edən suvarma təchizatının əsas mənbələrindən biridir. Hələ ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ölkəmzin suvarmaya olan ehtiyaclarını ödənilməsində mühüm əhəmiyyət kəsb edib.

Bu qəsəbə uzun illər erməni işğalı altında olan zamanı qondarma rejimin rəhbərliyi ilə birlikdə bölgəyə gələn xarici şirkətlərin qanunsuz istismarına məruz qalıb, qeyri-qanuni balıqçılıq təsərrüfatları, turizm obyektləri yaradılıb və əldə edilən gəlirlər xaricə daşınıb, bir hissəsi isə erməni separatçılarına xərclənib. 2020-ci ildə düşməndən azad edildikdən sonra qəsəbənin infrastruktur təminatları yenidən bərpa olunub, Suqovuşan su anbarı bölgənin ehtiyaclarına səfərbər edilib. Anbardan Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Bölgədə yay turizmi üçün hədsiz dərəcədə əlverişli coğrafi imkanlar mövcuddur. 2 il əvvəl Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı Suqovuşan qəsəbəsində istirahət parkının açılışı olub. Parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.

Həm aqrar təsərrüfatların, həm də turizm infrastrukturlarının yaradılması və inkişafında ən birinci təminatlardan biri yol təsərrüfatının qurulmasıdır. Hazırda Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri davam etdirilir.

Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında turizm kompleksi də yaradılmaqdadır. Burada idman turizmi üçün geniş infrastruktur şəbəkəsi qurulur. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısından sonra bu bölgədə beynəlxalq idman yarışlarının keçirilməsi qərara alınıb. Bütün bu imkanlar yaxın illərdə Suqovuşanın Qarabağ bölgəsinin və Azərbaycanın ən cəlbedici turizm zonalarından birinə çevriləcəyini əsaslandırır. Bu, yerli turistlərlə yanaşı, xarici turistlərin böyük axınına səbəb olacaq.

Nəqliyyat qovşaqları...

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metr olan yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.

Onu da qeyd edək ki, bölgədə Ağdərə-Ağdam avtomobil yolunun inşası işləri də tamamlanmaq üzrədir. 33,5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolu Suqovuşan-Kəlbəcər avtomobil yolu ilə birləşməsi bu nəqliyyat infrstrukturunun əhəmiyyətini daha da artırır. Umudlu avtomobil və Ağdam-Ağdərə magistral yolu, eləcə də digər nəqliyyat layihələri  Ağdərənin sosial-iqtisadi həyatında mühüm rolu var. Bu layihələr bölgədə bizneslə məşğul olmaq istəyən, sərmayə yatırmağa çalışan biznes icmasının gələcək fəaliyyətinin səmərəliliyini də artırmış olacaq. Çünki biznes layihələrində ən mühüm amillərdən biri yol infrastrukturudur, yol faktoru sahibkarların bazara çıxışı üçün xüsusi əhəmiyyət daşıyır. Layihə məşğulluğun artmasında da əhəmiyyət kəsb edir. Belə ki, bu layihəyə cəlb edilmiş yüzlərlə işçinin iş yerləri ilə təmin edilməsi onların sosial vəziyyətinə müsbət təsir etməklə, bölgədəki digər nəqliyyat və yol qovşqalarının inşasına cəlb edilməsi üçün də şərait yaradır.

Həmçinin, Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası da davam etdirilir. Uzunluğu 80 km, hərəkət hissəsinin eni isə 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək 2 hərəkətli yol zolağı üzrə 6 körpünün, bir sıra yerdə isə istinad divarının inşası da nəzərdə tutulub.

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Beləliklə, bu yol infrastruktları Ağdərənin Kəlbəcər və digər rayonlarla bağlantını təmin edəcək. Nəticədə, çoxşəbəkəli nəqliyyat qovşaqlarının yaradılması sayəsində Ağdam, Ağcabədi, Bərdə və ətraf rayonların Ağdərə və Kəlbəcərlə nəqliyyat bağlantısı təmin olunmaqla, daha qısa məsafələrdən rahat şəkildə bölgənin bütün rayonları ilə ünsiyyətini quracaq.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri