Icma.az
close
up
RU
“Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur

“Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri zamanı Böyük qayıdışın, bərpa-quruculuq işlərinin növbəti mərhələsinin şahidi olduq.
Məlum olduğu kimi, azad olunmuş ərazilərə ilk köç 2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinə baş tutub. Ötən gün Ağalı kəndinə daha 100 ailə, Məmmədbəyliyə isə 180 ailə köçürüldü. Sakinlərlə görüş zamanı Cənab Prezidentin də söylədiyi kimi, “biz “Böyük Qayıdış” Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır.”
Eyni zamanda vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilən Cəbrayılın Horovlu kəndində də birinci mərhələdə 1400 insan məskunlaşacaq. Horovlu sakinləri ilə görüşdə Prezident İlham Əliyev bəyan etdi ki, ikinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək.
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Hazırda “Böyük qayıdış” proqramının icrası plan üzrə davam edir. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini öz doğma yurduna qayıdan keçmiş köçkünlərdir.
Bir sözlə, dövlət keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışını təmin etmək üçün hər cür şərait yaradır. Təəssüf ki, bəzi üzdənqiraq dairələr bərpa-quruculuq, “Böyük qayıdış” proqramı ilə bağlı da müxtəlif qarayaxma kampaniyaları təşkil etməyə çalışır. Şəffaflıq, əhalinin sosial təmiantı baxımından qərəzli rəy formalaşdırmağa cəhd edirlər. Lakin bu iddiaların heç bir əsası olmadığı gün kimi aydındır. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı yeni yaşayş məntəqələrinin siması, burada yaradılan şərait, eləcə də sakinlərlə görüş zamanı onların fikirləri bir daha sübut edir ki, bu prosesə kölgə salmaq cəhdləri də iflasa uğramaqdadır. Azərbaycanda dövlət siyasətinin mərkəsizndə vətəndaş və onun maraqları dayanır. Cənab Prezidentin Cəbrayıl sakinləri ilə görüşdə də söylədiyi kimi, “azad olunmuş ərazilər bundan sonra daha çox inkişaf edəcək. Əsas odur ki, burada insanlar yerləşsin, uşaqlar çoxalsın, ailələr böyüsün, işlər getsin. Abadlıq-quruculuq, xoşbəxt həyat və sülh. Bundan sonra heç kim bizə qarşı baş qaldıra bilməz.”
2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Bu il də proses davam edir. Ötən gün Xocalının Təzəbinə, Ballıca və Badara kəndinə, eləcə də Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə, bu gün isə Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salındı. Ümumiyyətlə, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtması nəzərdə tutulur. Azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri də davam etdirilir. Belə ki, ərazilərin minalardan təmizlənməsi olduqca vacibdir. Bura qayıdan vətəndaşların təhlükəsizliyinin təminatı başlıca vəzifələrdən biridir.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see250

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see175

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see169

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see161

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see136

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see125

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri