Icma.az
close
up
RU
Böyük Qələbə və milli birliyin simvolu

Böyük Qələbə və milli birliyin simvolu

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəfər Parkının açılışı və Prezident İlham Əliyevin bu münasibətlə etdiyi çıxış, Azərbaycanın müstəqilliyinin və 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əbədiləşdirilməsi yolunda atılmış növbəti mühüm addımdır. Bu park, xalqın və ordunun göstərdiyi qəhrəmanlığın, eyni zamanda ölkənin gələcəyə olan inamının parlaq ifadəsidir.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Müharibə dövründə döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Belə qısa müddətdə ərazilərimizin düşməndən azad edilməsi şanlı ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və dövləti bu işğalla heç vaxt barışmırdı. Prezident, Ali Baş Komandan İlham Əliyev güclü ordu yaratdı, iqtisadi inkişafı təmin etdi, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almadıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, xalq-iqtidar birliyi, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Cəmi 44 gün ərzində düşmənin müdafiə xəttlərini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran qəhrəman övladlarımız bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Bu gün bütün dünya “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək.

Prezident İlham Əliyevin Bakıda Zəfər Parkının açılışında etdiyi çıxış, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini bir daha vurğuladı və Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və xalqın qüruru uğrunda apardığı mübarizənin simvoluna çevrildi. Bu park, Azərbaycanın azad edilmiş torpaqlarında qazandığı böyük Zəfəri və ölkənin gələcək nəsilləri üçün mühüm bir tarixi yaddaş olaraq əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Zəfər Parkı, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şərəfinə salınmışdır. Bu park, xalqın birlik və iradəsinin göstəricisi olmaqla yanaşı, gələcək nəsillərə Azərbaycanın haqlı mübarizəsini xatırladacaq. Dövlət başçısının qeyd etdiyi kimi, bu park Azərbaycan xalqının Qələbəsinin, milli iradənin və əsgərimizin şücaətinin əbədi simvoludur.

Ali Baş Komandan, müharibənin gedişatına və onun tarixi əhəmiyyətinə diqqət çəkərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazilərini işğaldan azad etdiyini vurğuladı. O, Azərbaycanın hərbi və diplomatik sahələrdə nümayiş etdirdiyi üstünlüyü bir daha xatırlatdı və bu Qələbənin təkcə hərbi deyil, həm də milli qürurun zirvəsi olduğunu qeyd etdi.

Prezident İlham Əliyev müharibə dövründə xalqın göstərdiyi həmrəyliyi xüsusi vurğuladı. Azərbaycan xalqının müharibə zamanı sıx birləşməsi, Ali Baş Komandan “Dəmir yumruq” ifadəsi ilə simvollaşıb. Bu birlik, Qələbənin əldə edilməsində əsas rol oynadı və bu gün də ölkənin inkişafında mühüm amildir.

Zəfər Parkının açılışı zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən də bəhs etdi. O qeyd etdi ki, bu ərazilər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş regionlarına çevriləcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Park, həm də Azərbaycanın sülhə və yenidənqurmaya verdiyi önəmi göstərir.

Cənab İlham Əliyevin çıxışı, həmçinin beynəlxalq ictimaiyyətə bir mesaj idi. O vurğuladı ki, Azərbaycan heç bir zaman öz ərazi bütövlüyündən vaz keçməyib və haqq-ədalətin bərpası üçün mübarizəsini davam etdirəcək. Bu park, dünya ictimaiyyətinə Azərbaycanın ədalətli mövqeyini və tarixi qələbəsini nümayiş etdirən mühüm bir abidədir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri