Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Böyük Qələbə: Milli qürurumuzun simvolu ŞƏRH

Böyük Qələbə: Milli qürurumuzun simvolu ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elşən Əzizov

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

30 il əvvəl yaşanan vətən həsrətinə, nisgilinə 2020-ci il 8 noyabrda son qoyuldu. Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. 8 noyabr Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin «Dəmir yumruq» əməliyyatı ilə xalqımızın, ordumuzun birliyinin, həmrəyliyinin şanlı tariximizə Zəfər günü kimi yazıldığı gündür. Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Zəfər Günü ilə bağlı sərəncam Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin, “Qarabağ münaqişəsi” deyilən bir terminin tarixə qovuşduğunun, ərazi bütövlüyümüzün təmin olunduğunun, bir sözlə, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin «dəmir yumruq» əməliyyatı ilə Müzzəfər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının bütün dünyaya göstəricisidir.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bununla da, biz separatizmin kökünü kəsə bildik. Suverenliyimizi tam bərpa edə bildik. Bu gün dünya ictimaiyyəti Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Ermənistan da bu reallığı qəbul etmək məcburiyyətindədir. Çox xoşbəxt dövlətik ki, öz təqvimimizə zəfər günlərini daxil etdik. Biz artıq qələbə günlərini qəbul edirik. İşğal günləri təqvimdə tarix kimi qalıb. Bu isə misilsizdir. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırımı gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Buna görə də 8 noyabr tarixi çox böyük bayramdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdən dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Cənab Prezidentin 18 sentyabr 2006-cı ildə Antalyada keçirilən Türkdilli Dövlətlərin və Topluluqların 10-cu Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qətiyyətlə dediyi “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallığı Onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz. Bu, İlham Əliyev cənablarının yenilməyən qətiyyəti idi. Buna görə də onun 3 oktyabr 2019-cu ildə Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu: “Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır.

Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox .Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının milli qürurumuzun təntənəsinə çevrilən 8 noyabr Zəfər Günü ilə bağlı sərəncamı bir daha bu tarixi günü əbədiləşdirdi.

8 Noyabr – Zəfər Günü yalnız hərbi qələbə günü deyil, həm də milli kimliyimizin və müstəqilliyimizin rəmzidir. Bu gün sübut etdi ki, Azərbaycan xalqı istənilən çətinliyi dəf edə, ədaləti bərpa edə və öz taleyinin sahibi ola bilər. Zəfər Günü gənc nəsillər üçün böyük bir dərsdir. O, bizə göstərdi ki, Vətən sevgisi, birlik və ədalət uğrunda mübarizə hər bir xalqın ən böyük silahıdır. 8 Noyabr artıq Azərbaycan tarixinin əbədi səhifəsinə çevrilmişdir. Bu gün bizim milli qürur, şərəf və birlik günümüzdür.

Zəfər Günü hər il daha böyük ruh yüksəkliyi ilə qeyd olunur, çünki bu Qələbə bir millətin dirçəlişinin, bir dövlətin qüdrətinin, bir xalqın yenilməzliyinin rəmzidir. Bu Qələbə göstərdi ki, Azərbaycan xalqı bir olduqda, onu heç bir qüvvə məğlub edə bilməz. Əbədiyyətə qədər dalğalanacaq bayrağımızın hər bir rəngi – torpağımızın azadlığı, millətimizin birliyi və ruhumuzun saf təcəssümüdür. Bu 44 gün Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Xalq öz ərazi bütövlüyünü bərpa etdi, 30 illik ədalətsizliyə son qoydu. Qələbə günləri təkcə torpaqların azad olunması ilə deyil, həm də xalqın öz tarixi ədalətinə qovuşması, milli kimliyinin bərpası ilə əlamətdar oldu. Qarabağ artıq bir arzudan reallığa çevrildi. Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində bir yumruq kimi birləşərək dünyaya sübut etdi ki, ədalət, birlik və Vətən sevgisi qarşısında heç bir güc dayana bilməz. Bu zəfər nəsildən-nəslə ötürüləcək, şəhidlərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti, xalqımızın iradəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacaq. 44 günün qəhrəmanları – xalqın, dövlətin və ordunun birliyindən doğan Böyük Qələbə bizim milli qürurumuzun simvoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri