Icma.az
close
up
RU
“BÖYÜK TURAN RUSİYA ÜÇÜN TƏHLÜKƏDİR” Zatulin Kremlin narahatlığını açıqladı

“BÖYÜK TURAN RUSİYA ÜÇÜN TƏHLÜKƏDİR” Zatulin Kremlin narahatlığını açıqladı

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Zəngəzur dəhlizi Rusiyanın maraqlarına uyğun edyil”

Əgər biz “pis sülh yaxşı mübahisədən yaxşıdır” üslubunu nümayiş etdirsək, o zaman Azərbaycanla münasibətlərin normallaşdırılmasına ehtiyac var. Amma bu, o demək deyil ki, Moskva bu əməkdaşlığın dərinliyi barədə özünü aldatmalıdır. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Lenta.ru-ya müsahibəsində deyib.

Anti-Azərbaycan və ermənipərəst mövqeyilə xüsusi seçilən Zatulin bir sıra məsələlərdə Azərbaycanla Rusiyanın mövqelərinin fərqli olduğunu qeyd edib: "Azərbaycan öz kursunu davam etdirir. Bu kursun xüsusiyyətləri “dağlıq Qarabağ”ın zəbt erdilməsi(?), 2023-cü ildə sülh yolu ilə nizamlanmadan imtinadır. Azərbaycan o zaman Ermənistana çox da milli olmayan hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə öz planlarını həyata keçirib”.

Rusiyalı deputat iddia edib ki, Azərbaycan rəhbərliyi həmin vaxt guya Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün Moskva ilə tərəfdaşlıq görüntüsü yaradıb. Onun sözlərinə görə, Bakının planları reallaşan kimi Rusiya ilə nəyisə koordinasiya etmək zərurəti aradan qalxıb.

Ancaq Zatulin soyadlı bu şər-böhtan və nifrət “torbası” maraqlı bir etiraf da edib. O, Kremlin rəsmi bəyanatlarından fərqli olaraq, açıq şəkildə deyib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında qətiyyən maraqlı deyil: “Üstəlik, Ermənistana növbəti təzyiqlər, Zəngəzur dəhlizinin tikintisi, amerikalıların, israillilərin və sairlərin bu regiona cəlb olunması birmənalı olaraq Rusiya Federasiyasının maraqlarına uyğun deyil”.

Zatulin həmçinin, böyük Turan ideyasının Rusiyanı bərk narahat etdiyini əlavə edib: “Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik təkcə ikitərəfli müttəfiqlik deyil, həm də gələcəyə yoldur. Məqsəd böyük Turanın təşəkkülünü davam etdirmək, türkçülüyün Orta Asiyaya, yeri gəlmişkən, həm də Rusiyanın türklərin məskunlaşdığı bölgələrinə nüfuz etməsidir. Bu, açıq şəkildə Rusiyanın maraqlarına ziddir, ona təhdidlər yaradır”.

Zatulin həmçinin bildirib ki, Bakı Vaşinqton və Təl-Əvivlə münasibətlərini gücləndirir. Bu isə həm də Azərbaycandan İrana keçməli olan Şimal-Cənub dəhlizinə ümid bağlayan Rusiyanın maraqlarına uyğun deyil.

Bir sözlə, Kreml təbliğatı və onun Zatulin kimi simasız təmsilçiləri Azərbaycandan düşmən obrazını yaratmaqda davam edir. Eyni zamanda da etiraf edir ki, Rusiyanın regiondakı gerçək maraqları Azərbaycanın suverenliyini istisna edir və ölkəmizn milli, dövlətçilik maraqları ilə qətiyyən üst-üstə düşmür.

C.Məmmədli

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri