Icma.az
close
up
RU
Rusiya üçün müttəfiqlik anlayışı “Zatulin indiqatoru”

Rusiya üçün müttəfiqlik anlayışı “Zatulin indiqatoru”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixə baxışdan Kremlin acizlik mesajınadək

Rusiya Dövlət Dumasının MDB ölkələri və xaricdəki həmvətənlərlə iş komitəsinin sədr müavini Konstantin Zatulinin Bakı və Moskva arasında yaşanan hazırkı gərginliyə münasibət bildirərkən dilə gətirdiyi fikirlərdən yalnız birinin üzərində dayanaq. Qatı ermənipərəst mövqeyi ilə seçilən bu məxluq deyib ki, Azərbaycan heç vaxt Rusiyanın müttəfiqi olmayıb. Əlbəttə, mahiyyəti saxtakarlıqdan yoğrulmuş Zatulinin hər fikri kimi, bu fikri də özündə cəfəngiyyat parametrlərini və erməni təəssübünü daşıyır. Söhbət hansı anlamdakı cəfəngiyyatdan gedir, yazımızda ona diqqət yetirəcək, bir sıra əlaqəli nüanslara nəzər salacağıq.

Bəribaşdan bunu böyük hərflərlə bildirək: Rusiyanın tarix boyu heç vaxt gerçək müttəfiqi olmayıb. Çox da uzaq olmayan keçmişə nəzər salaraq vurğulayaq ki, İkinci Dünya müharibəsi illərində Qərbin SSRİ-yə dəstəyi olmuşdu. Ancaq bu dəstək Sovetlər Birliyinin nasist Almaniyası qarşısındakı üstünlüyünün qeydə alınmasından sonra gerçəkləşmişdi.

Əlbəttə, kağız üzərindəki müttəfiqliyə əsaslanmış dəstək prosesinin gec yaşanması ilə bağlı Qərbin riyakarlığı da vurğulanmalıdır. Ancaq həmin Qərb Moskvanın müttəfiqlik münasibətlərindən heç nə anlamadığını dərk edirdi. Ona dünyaya kommunizm bəlasını ixrac etməyə köklənmiş güclü və qəddar SSRİ-nin mövcudluğu sərf etmirdi. Buna görə maksimum çalışırdı ki, savaşda ölkənin resursları tükənsin və istəyinə çatdı. Deməli, ortada həqiqi müttəfiqlikdən söhbət gedə bilməzdi.

Digər tərəfdən, Rusiya müttəfiqliyi bacarmayıb. Məsələ yalnız rus dövlətinin deyil, eləcə də ictimai fikrinin anlayışında vassallıq kimi qəbul edilib. Daha doğrusu, Rusiya müttəfiq kimi qələmə verdiyi ölkəni özünün təbəəsi qiyafəsində görüb. Fikrimizin ən yaxşı örnəyi elə keçmiş SSRİ-nin özü, dövlətin strukturudur. Axı Rusiyanın hakim rol oynadığı bu imperiya müttəfiq respublikaların birliyi sayılsa da, birlik anlayışı yalnız sözdə idi.

Birincisi, hakim rus idarəçiliyi həmin respublikalara qurama strukturlar, ucqarlar olaraq yanaşır, onlardakı milli hissləri boğur, repressiyalar, qətllər törədirdi. İkincisi, SSRİ-nin ali rəhbərliyi müttəfiq respublikaların bir-biriləri ilə həqiqi dostluq münasibətləri saxlamalarına, əməkdaşlıqlarına imkan vermir, düşmənçilik toxumları səpir, imperiyalara xas ənənəvi “parçala və hökm sür” siyasəti yürüdürdü.

Rusiya eyni kursu Sovetlər Birliyinin süqutundan sonra da davam etdirdi. Nə rus dövləti, nə də ictimaiyyəti keçmiş müttəfiq respublikalara yanaşmada normal münasibətlər sistemi yaratmaq barədə nəinki düşündü, əksinə, əlinə düşən hər fürsətdə imperialist təfəkkürün müxtəlif təzahürlərini ortaya qoydu, iqtisadi və siyasi təzyiq üsullarını gündəmdə saxladı. Ermənistanla Azərbaycan arasındakı Qarabağ, Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya ocaqları fikrimizin sübutudur. Hələ başqa konfliktli zonalar da olub və qalmaqdadır.

Nəhayət, onu da bildirək ki, SSRİ-nin süqutundan sonra Rusiyanın vassal münasibətinin ən parlaq nümunəsi Ermənistandır. Bu münasibətin otuz ilə yaxın davam etməsi nəticəsində Sovetlər Birliyindən miras qalmış qurama erməni dövlətçiliyi Kremlin dirijor çubuğu ilə hərəkətə gələn quldur qruplaşmadan başqa bir şey olmadı. Bu gün Rusiyaya bağlı iş adamı Samvel Karapetyan ağzını köpürdərək bəyanat verib sadə ermənilərə problemsiz həyat vəd edir. Problemlər hər dövlətdə var. Görəsən, Karapetyan bunun həlli üçün nə möcüzə icad edib? O, heç nə edə bilməz. Çünki Şimaldakı ağalarının məqsədi başqadır.

Həmin ağalar otuz ilə yaxın müddətdə Ermənistanı, erməni xalqının həyatını qara günə qoydularsa, siyasətdən anlamayan bir fiqurun hansısa inqilabi dəyişikliklərə imza atacağını gözləmək sadəlövhlükdür. Hesab edirik ki, ermənilər belə oyunlara rəvac verməyəcək və hələlik vermirlər. Bu səbəbdən Rusiyadan idarə olunan daxili müxalifət – revanşist və şovinist kəsim hərəkətə keçib. Həmin kəsimin məqsədi isə dövlət çevrilişi yolu ilə hakimiyyəti qəsb etməkdir. Hakimiyyətə qəsb etmək, Rusiyanı yenidən Ermənistana qaytarmaq, ikincini birincinin peykinə çevirmək, Moskvanın “səxavətinə” arxalanaraq yenidən “Qarabağ kitabı”nı açmaq. Beləcə, iki tərəfin uduşu nəzərdə tutulur. Rusiya Cənubi Qafqaza sahiblənəcək, Ermənistan isə Qarabağa. Moskva, eyni zamanda, Bakıya təsir imkanı qazanacaq, ölkəmiz hansısa güzəştlərə getmək məcburiyyətində qoyulacaq. Yəni, erməni revanşist-şovinizmi ilə Rusiyanın müştərək “planının” mahiyyətində məhz bu dayanır. Ermənipərəst Zatulinin də nəzərində canlandırdığı müttəfiqliyin göstəricisi məhz bu məkrdir.

Bəli, hazırda Azərbaycan–Rusiya münasibətləri zəminində yaşanan gərginlik, Rusiyada azərbaycanlılara qarşı start verilmiş etnik təmizləmə siyasəti rus dövlətinin və ictimai rəyinin acizlik nişanəsidir. Bu tendensiya fonunda zatulinlərin Azərbaycanı müttəfiqliyə sadiq qalmamaqda günahlandırmaları da həmçinin. Əsl müttəfiqlik isə bərabərtərəfli münasibətlərdən qaynaqlanmalıdır. Azərbaycan və Rusiya arasında 2022-ci ildə imzalanmış sənəddə də belə qeyd olunub. Həmin bəyannamədə müttəfiqliyin konkret parametrləri açıqlanıb. Əgər həmin parametrlər Rusiyanın anlayışında yalnız kağız parçası olmasaydı, ölkə ötən ilin dekabrında Qroznu səmasında vurduğu Azərbaycan təyyarəsinə görə məsuliyyəti öz üzərinə götürər, kompensasiyanın ödənməsini təmin edərdi. Amma etmədi.

Əvəzində Rusiya ictimai rəyinin və mediasının təyyarə olayı ilə bağlı hər cür sərsəmliyə baş vurduğunu, mənasız versiyaları uydurduğunu gördük. Bütün bunların fonunda Azərbaycana qarşı hədyanlar yağdırıldığını da. Halbuki, problemin çox sadə həll yolu ola bilərdi. Görünür, təyyarə olayı ilə bağlı heç də sadə olmayan, xeyli mürəkkəb tərkibli məqamlar var ki, Rusiya üçün etiraf məntiqi həmin məqamlar qarşısındakı acizlik kimi qiymətləndirilməkdədir. Moskvanın “yeyə bilmədiyi” elə budur. Axı imperiya təfəkkürü var. Bu təfəkkürə görə ikinci, hətta üçüncü dərəcəli xalqlar və millətlər mövcuddur və onlar haqlı ola bilməzlər...

Rus imperializminin nəzərində ikinci dərəcəli xalqların inkişafa, tərəqqiyə çatmaları mümkünsüzdür. Həmin xalqlar yaxşı halda yalnız zarafat, habelə qeyri-ciddi münasibət predmetləridirlər. Bu baxış vaxtilə ermənilərin azərbaycanlılara qarşı münasibət konturlarını da müəyyənləşdirmişdi. Birincilər özlərini döyüşkən, bizi xırda ticarətçi qiyafəsində görürdülər. 44 günlük müharibə vaxtı sadə ermənilərin etiraflarına diqqət yetirəndə heyrətə gəlməyə bilmirsən. Elə düşünürmüşlər ki, azərbaycanlılar balacaboy, yöndəmsiz varlıqlardır. Məhz bu baxış və onun verdiyi arxayınlıq hissi Ermənistanın müharibə rüsvayçılığında öz rolunu oynadı.

Nəticə etibarilə, Rusiya müttəfiqliyi Ermənistana özünü arabanın kölgəsində yatıb həmin kölgəni özününkü bilən it obrazı qazandırdı. Qarabağ həmin obrazın leşləri üçün məzara çevrildi. Erməni cəmiyyəti bunu da nəzərə almalı, nəticə çıxarmalıdır. Nəticə çıxarmalıdır və dərk etməlidir ki, Rusiya müttəfiqliyi üçün dövlətçilik və erməni xalqı anlayışı yox, klan, qruplaşma baxışı var. Necə olur ki, Ermənistanda ruspərəst quldur klan hakimiyyətdə olanda ölkə müttəfiq idi, indi isə yox? Erməni cəmiyyəti bu barədə də ciddi düşünməlidir...

Rusiyanın, rus ictimai rəyinin Azərbaycana və azərbaycanlılara müttəfiqlikdən uzaq aşağılayıcı münasibətinin yanlışlığını tanınmış rusiyalı jurnalist Kseniya Sobçak da özünəməxsus şəkildə göstərib. O, 2013-cü ildə Bakıda keçirilmiş Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının forumu ilə bağlı təəssüratlarını qələmə alarkən, paytaxtımızda gördüyü avanqard memarlığı Moskvada uzun illərdir hökm sürən “zövqsüzlük və nostalji memarlıq”la qarşılaşdırmış, Rusiyanın əsas şəhərinin durumunu “zövqə qarşı cinayət” adlandırmış və bunu sistemli idarəçilik problemindən doğan “estetik boşluq” kimi qiymətləndirmişdi. Ən əsası isə xanım Sobçakın sözlərindən belə çıxmışdı ki, Rusiyanın vaxtilə ciddi qəbul etmədiyi, rişxənd və məsxərə predmetinə çevirdiyi azərbaycanlılar və Azərbaycan bu gün dünyanın ritmini tutur, inkişafa doğru gedir. Bunun fonunda isə Rusiya geriləyir.

Rusiya həm də müttəfiqlik əlaqələrini kölələrə münasibət zənn etdiyi üçün geriləyir. Axı müttəfiqlik həm də dostluq və əməkdaşlıq bağlarından qaynaqlanır. Dostluq üçün səmimiyyət, əməkdaşlıq üçün isə bərabərtərəflilik şərtdir. Rusiya nə səmimi olub, nə də hansısa dövləti özü ilə bərabər tutub. Müstəqillik illərində Rusiyada anti-Azərbaycan motivli qruplaşmalar mövcudluqlarını qoruyublar. O qruplaşmalar ki, “direktivlərini” birbaşa Kremldən alıblar. Çirkli, üfunət qoxan ağızlarını yalnız Moskvanın göstərişi ilə açıb-bağlayıblar. Zatulin özü də həmin iyrənclərdəndir və indi bu iyrənc, şəxsiyyətini erməni lobbisinin “ianəsinə” təslim edən məxluq Azərbaycanı müttəfiqliyə xilaf çıxan ölkə kimi qələmə verir. Necə deyərlər, utanmayasan, oynamağa nə var ki? Amma utanmayan təkcə Zatulin deyil, eyni zamanda, beləsinin kəndirini açıb ortaya buraxanlardır. Onlar Azərbaycana mesaj verdiklərini düşünürlər. Nə deyirik düşünsünlər. Amma itin hürməsi karvanın keçməsinə mane ola bilməz.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri