“Böyük türkmanlar və müasir türk xalqları” etnik tarixə yeni elmi baxış
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 9 aprel, AZƏRTAC
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Türk xalqları folkloru şöbəsinin müdiri professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və müasir türk xalqları” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafik araşdırma “Kitabın yazılma səbəbi” adlanan giriş hissədən, “Oğuz elinin yaranması və etnosiyasi tarixi”, “Türkmanlar” və “Etnosun sonu və yeni etnosiyasi birliklər” adlanan üç fəsildən, qaynaqlardan, rus və ingilis dilində xülasələrdən ibarətdir. Giriş hissədə etnik tarixi bir yana qoyaraq milli tarixi siyasi müstəvidə təqdim edən tarixçilik yanaşması tənqid olunur.
Araşdırma oğuzların etnik tarixi ilə başlayır. Burada oğuz sözünün sosial anlamı ilə etnik anlamı bir-birindən fərqləndirilib və bu müstəvidə Orxon abidələrində adı çəkilən oğuzlarla Sırdərya oğuzlarını eyniləşdirən düşüncənin yanlışlığı üzə çıxarılıb.
Kitabın II fəslində türkman etnoniminin müxtəlif yozumlarına münasibət bildirilib. Onların tarix səhnəsinə çıxışı və bir etnos olaraq formalaşması prosesi izlənib, etnik tərkibinə diqqət yetirilib, türkman etnosisteminin təbiəti öyrənilib. Müəllif VIII əsrdə tarix meydanına çıxmış və İslam dinini qəbul etmiş türklərin türkmanlar adlandırıldığını qeyd edib. Müəllifin fikrincə, Türkiyə türkləri, Azərbaycan türkləri və Türkmənistan türkmənləri bu hadisədən sonra müstəqil xalqlar kimi formalaşmağa başlayıblar. Bundan başqa, monoqrafiyada bu xalqların etnik hüdudlarından, başqa türk xalqlarının tərkibinə qatılan türkman qruplarından da bəhs edilir.
Etnik tarix ədəbiyyat, dil, folklor və bütövlükdə etnik mədəniyyətin doğru və dürüst öyrənilməsi üçün kontekst rolunu oynayır. Bu baxımdan oxuculara təqdim olunan bu monoqrafik araşdırma tarixçilərlə bərabər, filoloqlara da faydalı ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















