Icma.az
close
up
RU
Böyük tarixə bədii baxış

Böyük tarixə bədii baxış

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Mədəniyyəti və İrsi Fondu "Türk ədəbiyyatının inciləri" kitab seriyasından Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, nasir Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanını çap edib. "Zərdabi" nəşriyyatında işıq üzü görən kitabın redaktorları Fərid Hüseyn və Dürdanə İbrahimova-Hüseynbəyli, rəssamı Seyran Allahverdidir

Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq elmləri doktoru, professor Aktotı Raimkulovadır. Kitaba yazılmış ön sözü oxucularımıza təqdim edirik.

Aktotı RAİMKULOVA
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Türk dünyasının tarixi - bu, əcdadlarımızın müdrikliyinin, qəhrəmanların igidliyinin və mənəvi ənənələrin zənginliyinin vəhdət təşkil etdiyi böyük bir xəzinədir. Bu irs mədəniyyətimizi inkişaf etdirir, dünyagörüşümüzü formalaşdırır və gələcəyə gedən yolda etibarlı bələdçi rolunu oynayır. Keçmiş mədəni mirasımıza müraciət etməklə biz yalnız tariximizin şanlı səhifələrini qoruyub saxlamırıq, həm də yeniliklər yaratmaq üçün güc və ilham mənbəyi qazanırıq.

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqlarının zəngin tarixi irsini və mədəniyyətini öyrənir, qoruyur və beynəlxalq aləmdə tanıdır. Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri Türk dünyasının çoxəsrlik tarixi və görkəmli şəxsiyyətlərinin unikal irsinin təbliğidir.

Fond tərəfindən dörd kitab seriyası - "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk ədəbiyyatının inciləri", "Türk dünyasının elmi inciləri" və "Türk dünyasının tarixi inciləri" nəşr edilir. Azərbaycanın Əməkdar incəsənət xadimi, istedadlı yazıçı və Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanı Fondun "Türk ədəbiyyatının inciləri" seriyasından nəşr olunan növbəti əsərdir.

Əsərin süjeti bizi şanlı Türk tarixinin qüdrət simvoluna çevrilmiş bir dövrə - Birinci Göytürk xaqanlığı zamanına aparır. Romanın əsas ideyası Türk dünyasının birliyidir. Yazıçı romanda qəhrəmanların ziddiyyətli xarakterlərini və dövrün fırtınalı hadisələrini bir araya gətirərək maraqlı bir bədii-tarixi sintez yaradır.

Əminik ki, bu əsər oxuculara Türk birliyinin önəmini daha dərindən anlamaqda kömək edəcək, onların yaddaşında qəhrəmanların parlaq obrazlarını möhkəmləndirəcək və ədəbiyyatsevərlərdə Türk dünyasının çoxəsrlik tarixinə böyük maraq oyadacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri