Icma.az
close
up
RU
Böyük ustad və teatr alimi professor İsrafil İsrafilov

Böyük ustad və teatr alimi professor İsrafil İsrafilov

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Teatr alimi, böyük ustad İsrafil İsrafilov – dərin biliyi sayəsində mükəmməl təhlil və tənqid etməyi bacaran, idarəçiliyi ideal şəkildə bilən, teatr, rejissor işini nəzəri-praktik cəhətdən özünəməxsus şəkildə tədris edən, müxtəlif yüksək vəzifələrdə çalışmasına baxmayaraq çox sadə və təvazökar olan, hər zaman tələbə, işçi və yaxın-uzaq tanıdıqlarına diqqət və qayğı ilə yanaşan bu insanın həyat və yaradıcılığına qısa bir nəzər etmək istəyirəm:
İsrafil Ramazan oğlu İsrafilov 10 sentyabr 1949-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 31 saylı orta məktəbdə alıb.

Ali təhsil üçün 1967–1971-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) üz tutaraq orada ali təhsil alıb, 1971–1972-ci illərdə Ordu sıralarında xidmət edib.
1973–1975-ci illər Bakı şəhəri 1 May Mədəniyyət Sarayında bədii rəhbər, 1975–1978-ci illərdə də Akademik Milli Dram Teatrında truppa müdiri vəzifəsində çalışıb, bu zaman rejissor fəaliyyəti ilə məşğul olaraq, görkəmli rejissor Tofiq Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən V. Şekspirin “Fırtına”, M. S. Ordubadinin “Qılınc və Qələm”, Anarın “Şəhərin yay günləri”, M. F. Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”, A. Safronovun “Daşqın” əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib.

1978–1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris Teatrının direktoru, 1986–1989-cu illərdə Azərbaycan KPMK-nın mədəniyyət şöbəsində təlimatçı, 1989–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi, 1991–1992-ci illər ərzində Azərbaycan Respublikasının Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, 2003–2010-cu illərdə Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 2010–2016-cı illərdə isə Akademik Milli Dram Teatrının direktoru vəzifələrində çalışıb.

Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı seçilərək, 1991–1995-ci illərdə fəaliyyət göstərib.
Qeyd edilən illərdə elmi-yaradıcılıq işlərini davam etdirərək ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200-ə yaxın məqalələr yazmış, Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Rumıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini yüksək şəkildə təmsil etmişdir.

Səhnə sənətinin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi almış (1985-ci ildə), daha sonralar rejissor sənəti sahəsində tədqiqatları ona sənətşünaslıq doktoru (2004-cü ildə) alimlik dərəcəsi qazandırmışdır.

İsrafil İsrafilovun kitablarında teatr sənətinin elmi-nəzəri məsələləri, milli və dünya teatr prosesinə həsr edilən çoxsaylı tədqiqatların bəhrəsi öz əksini tapmışdır.

“Sən nə üçün yaşayırsan?” (rus dilində), “Həyatın səhnəsi, səhnənin həyatı”, “Düşündüklərim”, “Zaman. Rejissor. Poetika”, “Ədil İsgəndərovun teatrı”, “Mehdi Məmmədovun rejissor sənəti” adlı monoqrafiyaları da var.
Onun “Azərbaycan milli rejissor sənətinin poetikası” kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul edilmişdir.

Ayrı-ayrı illərdə “Qızıl Qələm”, “Qızıl Dərviş”, “Humay” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə təltif olunub.
2015-ci ildə “Avropa Nəşr Mətbuat Evi”nin təsis etdiyi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

2015-ci ildə TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülüb.

2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Cəfər Cabbarlı” mükafatına layiq görülmüşdür.
O, elmi-tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərərək, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir. Hazırda “Xarici teatr” (antik dövrdən XXI əsrə qədər), “Azərbaycanın teatr rəssamları” adlı kitablar üzərində işləyir.
İsrafil İsrafilov Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədr müavini, Teatr Xadimləri İttifaqının idarə heyətinin, Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Dissertasiya Müdafiəsi Şurasının üzvüdür.

İllərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri vəzifəsində çalışan İsrafil İsrafilovun müəllim kimi fəaliyyəti də təqdirə layiqdir. Buna nümunə olaraq İncəsənət sahəsində olan minlərlə tələbəsi onun adını böyük fəxrlə qeyd edir.

Tarixin bu günü dəyərli insan, teatrşünas, sənətşünaslıq doktoru, professor, alim İsrafil İsrafilovun ad günüdür. Onu səmimi qəlbdən təbrik edir, uzun, sağlam ömür və yaradıcılıq uğurları arzulayırıq!

İlhamə Məmmədova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri