Icma.az
close
up
RU
Bu qərar kökündən yanlışdır İsrafil İsrafilov

Bu qərar kökündən yanlışdır İsrafil İsrafilov

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycanda teatr işinin inkişafında baş rejissorların, baş dirijorların və baş rəssamların vəzifələrinin ləğv edilərək onların əvəzinə “Yaradıcılıq şöbəsi” adlı strukturun yaradılması kökündən yanlışdır.

Gununesi.info-nun xəbərinə görə, bunu professor, teatrşünas, İsrafil İsrafilov “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: “Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirəsində deyib.

O bildirib ki, Prezident İlham Əliyevin forumdakı çıxışı beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini ifadə edən mühüm, möhtəşəm və qətiyyətli bəyanatlarla yadda qalıb.

İsrafil İsrafilovun sözlərinə görə, Azərbaycanın zəngin keçmişi, tarixi və mədəniyyəti olsa da, bu irsin müasir dövrdə dünya ilə inteqrasiyası və beynəlxalq miqyasda yayılması istiqamətində ciddi problemlər mövcuddur.

Professor həmdə qeyd edib ki, mövcud problemlərin yalnız kiçik bir hissəsi maliyyə ilə bağlıdır. Əsas məsələlərdən biri istedadların yetişdirilməsi, formalaşdırılması və onların qarşısında yeni imkanların açılmasıdır.

O vurğulayıb ki, yaradıcılıq məktəblərində çoxsaylı istedadlı, özünəməxsus qabiliyyətlərə malik insanlar yetişir. Lakin onların tanıdılması, yaradıcılıq yollarının açılması və müxtəlif sahələrdə fəaliyyət göstərmələrinin təmin olunması ciddi problemlərlə müşayiət olunur.

“Çox istedadlı adamlar tam başqa sahələrdə özlərini ifadə etmək istəyirlər. Əlbəttə ki, bu, bizim mədəniyyətimizin itkiləridir”, – deyə professor bildirib. İsrafil İsrafilov teatr sahəsində idarəetmə və yaradıcılıq prosesinin təşkili ilə bağlı qərarı da tənqid edib.

O bildirib ki, baş rejissor, baş dirijor və baş rəssam vəzifələrinin ləğv edilərək onların əvəzinə “Yaradıcılıq şöbəsi”nin yaradılması kökündən yanlış yanaşmadır.

Professorun fikrincə, bu qərar məsələyə qeyri-peşəkar və səthi yanaşmanın nəticəsidir. “Yaradıcılıq prosesindən uzaq olan adamların bu məsələyə heç nə ilə hesablaşmadan qarışmasının, əlbəttə ki, fəsadları olacaq”, – deyə o vurğulayıb. İsrafil İsrafilov hesab edir ki, bu qərarın nəticələri yaxın gələcəkdə Mədəniyyət Nazirliyi üçün ciddi problemlərə çevrilə bilər.

O, belə bir təşəbbüsün kim tərəfindən irəli sürüldüyünün məlum olmadığını qeyd edərək, qərarın peşəkarlıqdan uzaq olduğunu və bununla bağlı ciddi düşünülməsinin vacibliyini bildirib.

Məmmədova İlhamə

Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Noyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri