Icma.az
close
up
RU
Böyük XƏBƏRDARLIQ GƏLDİ Nüvə müharibəsi BAŞLAYIR?

Böyük XƏBƏRDARLIQ GƏLDİ Nüvə müharibəsi BAŞLAYIR?

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

BMT baş katibinin müavini İzumi Nakamitsu dünya ictimaiyyətini nüvə silahından səmərəsiz istifadəyə qarşı xəbərdarlıq edib. O bildirib ki, təhlükəni aradan qaldırmağın yeganə yolu dünyadakı bütün nüvə silah ehtiyatlarının tamamilə məhv edilməsidir.


BMT-nin bu xəbərdarlığı etməkdə əsas məqsədi nədir? Dövlətlər nüvə silahından imtina etməyə nə dərəcədə hazırdır?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva BMT baş katibinin müavini İzumi Nakamitsunun nüvə silahları ilə bağlı səsləndirdiyi xəbərdarlığın beynəlxalq təhlükəsizlik sistemində artan qeyri-sabitlik və silahlanma yarışının intensivləşməsi fonunda ciddi əhəmiyyət kəsb etdiyini deyib.

Onun sözlərinə görə, bu çağırışın əsas məqsədi dövlətləri nüvə silahlarının yaratdığı potensial təhlükə barədə yenidən düşünməyə vadar etmək və silahsızlanma prosesinə təkan verməkdir:


“Son illərdə xüsusilə Rusiya–Qərb münasibətlərinin kəskinləşməsi, Şimali Koreyanın davamlı nüvə təhdidləri və İranın nüvə proqramı ətrafında gərginliklər dünya birliyini bu məsələni gündəmdə saxlamağa məcbur edir. BMT-nin belə xəbərdarlıqları əslində normativ təsir gücünü artırmağa yönəlib – yəni hüquqi məcburetmədən daha çox beynəlxalq ictimai rəyə təsir etməklə dövlətləri nüvə təhlükəsinə qarşı kollektiv məsuliyyətə çağırır”. 

Politoloq Nakamitsunun çıxışının həm də nüvə təhlükəsinin yalnız müharibə zamanı deyil, texnoloji səhvlər, kibertəhlükələr və ya qəzalar nəticəsində də baş verə biləcəyinə diqqət çəkmək məqsədi daşıdığını qeyd edib.


Müsahibimizin fikrincə, bu səbəbdən qlobal miqyasda tam nüvə silahsızlanması hələlik real görünmür:

“Ancaq müəyyən mərhələli, şəffaf və beynəlxalq monitorinqə açıq təşəbbüslərlə irəliləyiş mümkündür. Hazırda beynəlxalq sistemin multipolar xarakter alması və hərbi texnologiyaların sürətlə inkişafı fonunda bu tip çağırışlar gələcək üçün təhlükəsizlik arxitekturasının formalaşmasında vacib siqnal funksiyasını yerinə yetirir.

ABŞ, Rusiya və Çin kimi nüvə gücləri bu silahları strateji üstünlük vasitəsi kimi görməyə davam edir. Hindistan və Pakistan arasındakı qarşıdurmalar, İsrailin qeyri-rəsmi nüvə statusu və Şimali Koreya nümunəsi göstərir ki, bir çox regionda nüvə silahı status-kvonun qorunması və ya nüfuz vasitəsi kimi qiymətləndirilir”.

Fidan Hacızadə
Sfera.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri