Icma.az
close
up
RU
Üçüncü Dünya müharibəsi BAŞLAYIR

Üçüncü Dünya müharibəsi BAŞLAYIR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərb ölkələrinin Ukraynaya Rusiyanı ağır raketlərlə vurmağa icazə verməsi, Rusiyanın isə buna cavab olaraq orta mənzilli raketlərlə Ukrayna şəhərlərini hədəfə alması iki ölkə müharibənin miqyasını daha da genişləndirib. Bu addımlar,yalnız Rusiya və Ukrayna arasında deyil, həm də Qərb və Rusiya arasında gərginliyin pik həddə çatdığını göstərir.

Artıq hər iki tərəf bu qarşıdurmanın nəzarətdən çıxa biləcəyini anlayır və beyin mərkəzləri Üçüncü Dünya müharibəsinin qaçılmaz olacağı barədə xəbərdarlıq edir. Hazırda beynəlxalq analitiklər Üçüncü Dünya müharibəsi ssenarilərini ciddi şəkildə müzakirə edir. Bunun əsas səbəbi isə müasir texnologiyalar və nüvə silahlarının müharibəyə daxil olma ehtimalıdır.

Nüvə silahlarının istifadəsi ilə bağlı “qırmızı xətlərin” pozulması dünya üçün faciəvi nəticələrə səbəb ola bilər. Qərbin və Rusiyanın müharibəni diplomatik yolla həll etməkdən uzaqlaşması bu təhlükəni daha da gücləndirir. 

Ukrayna müharibəsi artıq yalnız bir regional münaqişə deyil, qlobal təhlükəsizlik üçün ciddi bir sınağa çevrilib. Qərb və Rusiya arasında böhranın nəzarətdən çıxması dünyanı fəlakətə sürükləyə bilər.

Modern.az-a danışan türk general Yücel Karauz Üçüncü Dünya müharibəsinin çoxdan başladığını bildirib.

"Dünya onsuz da Üçüncü Dünya Müharibəsinə daxil olub. Bunun üçün Birinci və İkinci Dünya müharibələrində olduğu kimi bir başlanğıc gözləmək lazım deyil. Rusiya-Ukrayna müharibəsi, Fələstin-İsrail münaqişələri timsalında birdən çox cəbhələrdə Üçüncü Dünya Müharibəsi gedir. Üçüncü Dünya müharibəsi NATO-nun Rusiya və Çini düşmən elan etməsindən sonra başladı. Rusiya-Ukrayna müharibəsinin 3-cü ilinə yaxınlaşır. Təəssüf ki, hər iki tərəf bir-birinə qarşı tam üstünlük təmin edə bilmədi. Rusiya da, Ukrayna da başlanğıcda qarşısına qoyduğu hədəflərə çata bilmədi. Nəticədə, 8 milyon insan qaçqın vəziyyətinə düşdü. Rusiyanın hərbi müdafiə sənayesi zəiflədi. Qərbin, ABŞ-nin təqribən 5 milyard dollarlıq yardımı ilə Ukrayna ayaqda durmağa çalışır. Qərb uzaqmənzilli raketlərinin istifadəsinə bu günə qədər icazə verməmişdi. Rusiya rəsmiləri bunun Rusiyanın qırmızı xəttini tapdalayacağını və Rusiyanın nüvə silahlarından istifadə edəcəyini bildirdi. Rusiyanın nüvə doktrinası bu yaxınlarda dəyişdirildi. Hazırkı mərhələdə iki tərəfdə bir-birinə qarşı uzunmənzilli ballistik raketlərlə strateji hədəflərini vururlar".

Hərbi ekspert hadisələrin belə davam etməsi halında baş verəcəklər barədə danışıb:

"Vəziyyət ağrılı xarakter alsa, Rusiya Ukraynadakı nüvə stansiyalarını və Kiyevi vura bilər. Ukrayna bu silah sistemlərindən istifadəyə davam etsə, Rusiya qısa və orta mənzilli nüvə raketlərindən istifədə edə bilər. Böyük Britaniyanın, Fransanın verdiyi silah sistemləri Rusiyanın dərinliklərini vursa, o ölkələrdə terror hücumları, kiber hücumlar həyata keçirilə bilər. Hətta Rusiya o ölkələrdə enerji asılılığından qaynaqlanan iqtisadi gücündən istifadə etmək istəyə bilər. Məncə, bütün bu hadisələr Tramp hakimiyyətə gəlmədən masanın qurulması üçün atəşkəs şərtlərini yetkinləşdirmək üçün həyata keçirilən manevrlərdir. Tramp dövründə danışıqlar masası qurulsa,bu, Rusiyanın indiyə qədər əldə etdiyi ərazilərin bir qismini alması ilə nəticələnə bilər. Bundan əvvəl Rusiyanın əldə etdiyi Donbass və Krımın daha muxtar ərazi kimi Rusiyanın tərkibinə keçməsi də mümkündür.  Belə olan halda müharibənin hərbi baxımdan qalibi olmaz. Amma siyasi baxımdan Rusiya fayda əldə edə bilər. NATO-ya üzv olan baltikyanı ölkələr və Avropa rahat nəfəs almış olar. Ara yerdə Ukrayna ziyan çəkmiş ola bilər".

Hərbi ekspert Elxan Şıxaliyev isə qeyd edib ki, Avropanın 30-dan çox ölkəsinə qarşı Rusiya nüvə silahından istifadə edə bilər:

"ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın hakimiyyətə gəlməsinə 2 ay qalmış bir vaxtda Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi. Bayden hökuməti Ukranaya uzaqmənzilli silahlardan istifadəyə icazə verdi. İndiki təmas xəttindən 306 kilometr bir məsafəyə zərbə endirilə bilər. Rusiyanın kifayət qədər strateji obyektləri  hədəf alına biləcək. Hərbi aerodromların və infrastrukturun, yəni arsenalın qorunub saxlandığı anbarın, qərargahların sıradan çıxarılması, neft və qaz istehsalı  sahələrini sıradan çıxarılmasına Ukrayna zərbələr endirə bilər. Buna cavab olaraq, Rusiya müharibənin gedişində qarşı qoya biləcək addımlar atması ehtimal olunur. Rusiya Prezidenti nüvə doktrinasınının yenilənmiş versiyasını imzaladı. İndiki variantda nüvə ölkələri bir-birinə qarşı təhdid yaratdıqda nüvə silahından istifadə edə bilir. Yeni doktinə əsasən, yalnız nüvə silahı ilə deyil, konvensianal silahla da Rusiyaya qarşı müharibə təəhlükəsi yaradacaqsa, Rusiya nüvə silahından istifadə legitimliyindən istifadə edəcək.  Avropanın 30-dan çox ölkəsinə qarşı Rusiyanın nüvə silahından istifadə etmək ehtimalı artır".

Ekspert tərəflərin Trampın inaqurasiyasına qədər tələsəcəklərini deyib:

"Avropa İttifaqı ölkələrinin Baydenin qərarını indiki mərhələdə dəstəklədiyi görünür. Xüsusən Britaniya və Fransa da müxtəlif silahlarının istifadəsinə imkan verməyi müzakirə edir. Bu müharibədə vəziyyəti dəyişəcək. Rusiyanın müharibəyə yanaşması dəyişəcək. Ukrayna da, Rusiya da Trampın inaqurasiyasına qədər tələsəcəklər. Çünki Tramp müharibəni dayandıracağını demişdi. Tərəflər daha çox müharibə arealında və masada əli güclü olmaq üçün daha çox tələsəcəklər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri