Icma.az
close
up
RU
Böyük Zəfərimizə gedən yolun başlanğıc günü

Böyük Zəfərimizə gedən yolun başlanğıc günü

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 27 Sentyabr - Anım Günü xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi əbədi yaşayır. Bu gün biz müstəqilliyimiz, ərazi bütövlüyümüz və tarixi ədalətin bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. Onların fədakarlığı nəticəsində Azərbaycan dövlətinin gücü, xalqımızın iradəsi və birliyi bütün dünyaya nümayiş etdirildi.

44 Günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir. Bu savaş Azərbaycan xalqının iradəsini, birliyini və ərazi bütövlüyü uğrunda mübarizəsini bir daha bütün dünyaya göstərdi. Müharibənin nəticələri region üçün yeni mərhələnin başlanğıcını qoydu və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı.

Vətən müharibəsində Azərbaycan xalqı birlik, həmrəylik və milli ruh nümayiş etdirərək, düşmənin layiqli cavabını vermişdir. Minlərlə igid oğullarımız bu yolda şəhidlik zirvəsinə ucaldı, on minlərlə qazimiz mübarizənin canlı şahidinə çevrildi. Onların göstərdiyi rəşadət və vətənpərvərlik gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi oldu.

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də Azərbaycan xalqının mübarizə iradəsinin, vətən sevgisinin və birliyinin simvoludur. Bu müharibənin ən qiymətli və müqəddəs səhifəsi isə şəhidlərimizin və qazilərimizin, yəni müharibənin canlı qəhrəmanlarının tarixə yazdığı şərəfli izlərdir.

Şəhidlik Azərbaycan xalqı üçün hər zaman müqəddəs bir anlayış olub. 44 günlük müharibə zamanı minlərlə igid oğul vətənin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bu şəhidlər Azərbaycanın gələcəyi, torpaqlarımızın azadlığı və xalqımızın qüruru üçün əbədi yaşayacaqlar.

Şəhidlik zirvəsi qədər müqəddəs olan digər bir məqam isə veteranlıq, yəni müharibədən sağ çıxmış, lakin həyatını və sağlamlığını bu mübarizəyə həsr etmiş insanlarımızdır. Onlar bu gün də xalq arasında hörmət və ehtiramla qarşılanır.

44 günlük Vətən Müharibəsinin şəhidləri və qaziləri yalnız bir döyüşün deyil, bütöv bir xalqın taleyinin qəhrəmanları oldular. Onlar sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və yeni reallıqlar yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu gün, 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin anıldığı gündür.

Bu gün dövlətimiz şəhid ailələrini yüksək səviyyədə dəstəkləmək məqsədilə maddi, sosial və psixoloji yardım proqramları həyata keçirir.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamı ilə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.

Müharibə dövründə bədən əzalarını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür.

Bu gün bütün ölkə boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların qəhrəmanlıq dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və özəl qurumlarda qeyd olunur.

Azərbaycan cəmiyyəti şəhid və qazilərə dərin ehtiram bəsləyir. Hər bir şəhərdə şəhid bulaqları, xatirə lövhələri, şəhidlərin adını daşıyan məktəblər və parklar yaradılır. Məktəblərdə və universitetlərdə gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasında şəhid və qazilərin həyat yolu örnək kimi göstərilir.

Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq. Onların qanı bahasına qazanılmış bu Zəfər, müstəqilliyimizin və dövlətçiliyimizin əbədi simvoluna çevrilmişdir.

Şəhidlər və qazilər Vətən Müharibəsinin əsl qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün azad Qarabağ var. Bizim borcumuz bu qəhrəmanların adını uca tutmaq, onların ailələrinə sahib çıxmaq və gələcək nəsillərə vətənə sevgi, şəhidə ehtiram, qaziyə minnətdarlıq hissini aşılamaqdır.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri