Icma.az
close
up
RU
Diplomatlarınız zəfərimizə layiqli töhfə verib

Diplomatlarınız zəfərimizə layiqli töhfə verib

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda diplomatların peşə bayramıdır, onun 106 yaşı tamam olur. Hər bir dövlət üçün onun dilomatiyası, xarici siaysəti çox mühüm əhəmiyyət kəsb edir. Masada bir çox şeyləri həll etmək heç də asan deyil. Lakin məhz məsələlərin masada həll edilməsi hər bir dövlətin mənafeyinədir. Vətən müharibəsindən sonra Azərbaycan diplomatiyası həm də zəfəri masada qazanmağı bacara bilib.

"Tarixi zəfərimizə aparan yolda, heç şübhəsiz diplomatlarımız öz layiqli töhfələrini verib"

Bunu Modern.az-a açıqlamasında keçmiş diplomat, Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

"9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə bütün diplomatlarımızı ürəkdən təbrik edir və cənab Prezident İlham Əliyevin rəhbərliyilə müstəqil və prinsipial xarici siyasət kursumuzun uğurla həyata keçirilməsi istiqamətində şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.

İllər öncə Ulu öndər Heydər Əliyevin müasir dövlətçiliyimizin iflasdan xilas olması istiqamətində atdığı addımlar, yeni enerji siyasəti, iqtisadiyyatımızın və ordumuzun ilbəil güclənməsi və xüsusilə də Ümummilli liderin məcburi köçkünlərimiz qarşısında çıxışı zamanı yaddaşlarımızdan silinməyən “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya, gedəcəyik, inanın ki, gedəcəyik” ifadəsi torpaqlarımızı işğaldan azad edəcəyimizə, ölkəmizin davamlı inkişafa nail olacağına inamımızı daha da artırırdı.

Ulu öndərin uzaqgörən siyasətinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi son dərəcə mükəmməl daxili və xarici siyasət kursu iqtisadiyyatımızı, ordumuzu gücləndirməklə yanaşı, beynəlxalq aləmdə nüfuzumuzu daha da artırdı. Ali Baş Komandanımızın misilsiz sərkərdəliyi, liderliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində diplomatiya tariximizin qızıl hərflərlə yazılan səhifəsi - Qarabağ zəfərinə nail olduq.

Bu gün parlament diplomatiyamız da ən uğurlu dönəmlərindən birini yaşayır və baş tutan çoxsaylı səfərlər, beynəlxalq tədbirlər, görüşlər çərçivəsində aparılan müzakirələr, qəbul olunan yekun beynəlxalq sənədlərdə maraqlarımıza uyğun müddəaların yer alması xarici siyasət kursumuzun həyata keçirilməsində əhəmiyyətli rola malikdir.

Milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiə olunmasında və tarixi Zəfərimizə aparan yolda, heç şübhəsiz diplomatlarımız öz layiqli töhfələrini vermiş və Prezidentimizin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün inamla və əzmkarlıqla çalışmışlar".

"Əldə edilən siyasi, iqtisadi, diplomatik və hərbi uğurlarımız beynəlxalq miqyasda dövlətimizin nüfuzunu daha da artıracaq"

Deputat vurğulayıb ki, əldə edilən siyasi, iqtisadi, diplomatik və hərbi uğurlarımız yeni çağırışlara cavab verən çevik xarici siyasət kursumuzun davam etdirilməsinə imkan verəcək:

"Qürur duyuruq ki, artıq Azərbaycan torpaqlarını işğaldan azad edərək, separatçıt və terrorçu yuvalarını darmadağın etmiş, regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. Bu gün Qarabağ beynəlxalq tədbirlərə ev sahibliyi edir və qəbul edilən yekun beynəlxalq sənədlər Şuşa Bəyannaməsi, Xankəndi Kommünikesi adlanır. Həmçinin, əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış strateji hədəflərimizdən birinə çevrilib.

Əminliklə söyləmək olar ki, əldə edilən siyasi, iqtisadi, diplomatik və hərbi uğurlarımız beynəlxalq miqyasda dövlətimizin nüfuzunu daha da artıracaq və yeni çağırışlara cavab verən çevik xarici siyasət kursumuzun davam etdirilməsinə imkan verəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri