Icma.az
close
up
RU
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun Məşhur seysmoloq

Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun Məşhur seysmoloq

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ard-arda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Daha sonra Şamaxıda ikinci zəlzələ qeydə alınıb. Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.

Milli.Az xəbər verir ki, seysmoloq Prof. Dr. Naci Görür Demokrat.az-a açıqlamasında deyib ki, hər hansı bir şeyi dəqiq söyləmək, proqnoz vermək mümkün deyil:
"Xüsusilə zaman baxımından bunu bilmək mümkün deyil. Bu, tektonik lövhələrin hərəkətləri ilə əlaqəli hadisədir. Bizdə bəzən 5 min, 10 min, 20 min zəlzələ baş verir. 4 baldan kiçik zəlzələlərin sayı bəzən on minləri, minləri keçir. Ona baxıb  "burada zəlzələ çox olur, sonra böyük zəlzələ olacaq" demək mümkün deyil. Bunun üçün geofiziki araşdırmalar aparmaq lazımdır. Məsələn, hansı fayın keçdiyini araşdırmaq, sürtünmə olan yerdə yığılan gərginliyi ölçmək və qiymətləndirmək lazımdır. Sadə dillə desək, elmi araşdırma olmadan "üç gün sonra zəlzələ olacaq, beş gün sonra olacaq-olmacaq" kimi fikirlər doğru deyil. Bu, elmi baxımdan əsaslı deyil. Bəzi kiçik zəlzələlər də olur və çox sayda baş verə bilər. Daha böyük zəlzələdən sonra artçı zəlzələlər də baş verə bilər. Bəzən isə kiçik zəlzələlər böyük zəlzələdən əvvəl baş verə bilər. Amma onlara baxaraq böyük zəlzələnin gələcəyini proqnozlaşdırmaq çətin olur. Buna baxaraq konkret bir zaman söyləmək mümkün deyil. Ona görə də, böyük zəlzələ ola da bilər, olmaya da bilər. Allah köməyiniz olsun". 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Fevral 2026 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri