Icma.az
close
up
RU
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq

Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Hollivudun məşhur kinorejissoru Ceyms Kemeron müəllifi olduğu "Terminator", "Uçurum", "Avatar" və digər elmi-fantastik ekran əsərlərindən demək olar ki, 30 il sonra ilk dəfə gələcək texnologiyalarla bağlı olmayan bir layihəni reallaşdıracaq.
Reyting.az
-ın məlumatına görə, Ceyms Kemeron deyib ki, 2027-ci ildə "Avatar" filminin beşinci bölümü üzərində işlərini tamamlayandan sonra yeni, həmçinin xüsusi effektlər olmadan, yalnız həqiqəti əks etdirən film çəkəcək. Kemeronun bu layihəsi Hiroşima və Naqasaki faciəsindən bəhs edəcək.
Ulduz rejissor Amerikanın törətdiyi bu dəhşətli cinayətlərin danılmaz olduğunu bildirib.
C. Kemeronun yeni filmi Xiroşima və Naqasaki faciəsi haqqında bir romanın süjeti əsasında ekranlaşdırılacaq.
Rejissor "Avatar"-ı bitirdikdən sonra iki nüvə fəlakətindən sağ çıxmağı bacarmış bir adamın real hekayəsini, onun həyat xatirələrini lentə alacaq.
Məşhur kinorejissor elmi fantastikanı əks etdirən və sevilən filmlərin müəllifi kimi kino dünyasındakı yaddaqalan işlərindən uzun illər ötəndən sonra yaradıcılığında istiqamətini dəyişməyə qərar verib. Məhz elə bu səbəbdən də, Kemeronun növbəti kino layihəsi 1945-ci il faciəsinin 80-ci ildönümünə təsadüf edən bir film olacaq.
Hollivudun məşhur rejissorunun lentə almağı planlaşdırdığı bu yeni ekran əsəri tanınmış yazıçı Çarlz Pelleqrinonun "Hiroşimanın xəyalları" adlı tarixi romanı əsasında ərsəyə gələcək. Bu tarixi romanın süjet xətti Xiroşimaya atılan atom bombasından sağ çıxandan sonra çox çətinliklə Naqasakiyə çatan və bunun ardınca da sığınmaq istədiyi bu şəhərdə ikinci nüvə zərbəsinə tuş gələn şəxsdən bəhs edir. Yaponiyalı Tsutomu Yamaquçi burada özünün faciəsini tapır və baş verənləri həyatın ardı kimi qəbul edib yaşayır. O, dəhşətli bir dövrün sonunun canlı şahidinə çevrilir.
Pelleqrino bu sənədli və bədii kitabında onlarla şahidlərin ifadələrindən, eləcə də, arxiv materiallarından, araşdırmalardan, eyni zamanda məhkəmə arxeologiyası ilə bağlı toplanmış çoxsaylı məlumatlardan istifadə edib.
Üstəlik, ən maraqlı detal ondan ibarətdir ki, Pelleqrinonun kitabını oxuyandan sonra rejissor Kemeron canlı şahid Yamaquçi ilə onun son günlərində şəxsən görüşüb. Hollivudun məşhur rejissoru söz verib ki, onun səsini və başına gələnləri gələcək nəsillərə çatdırmaq üçün bu filmi çəkəcək.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 May 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri