Böyükşor sahilindəki köpük nədir?
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyükşor bulvarının sahil hissəsində yaranan naməlum köpüklənmə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.
Milli.Az xəbər verir ki, vətəndaşların sözlərinə görə, son günlər sahil boyunca ağ rəngli köpük əmələ gəlib. Onların sözlərinə görə, köpüklənmə ilə yanaşı, ərazidə xoşagəlməz qoxu da hiss olunur.
Yaranmış vəziyyətə münasibət bildirən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən qeyd olunub ki, məsələ araşdırılması üçün aidiyyəti quruma yönləndirilib. Araşdırmanın nəticələri məlum olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Böyükşor bulvarında oxşar hallar əvvəlki illərdə də qeydə alınıb. Hazırkı köpüklənmənin səbəbi isə müvafiq araşdırmalar başa çatdıqdan sonra dəqiqləşəcək.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















