Böyükşor bulvarında təhlükə var?
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Böyükşor bulvarında sahil boyunca naməlum köpük qatı müşahidə olunur.
Mövcud vəziyyətdən narahat olan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu vəziyyət son günlər yaranıb. Köpükdən xoşagəlməz və qəribə qoxunun gəldiyi də vurğulanır.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, vəziyyət müvafiq şöbə tərəfindən araşdırılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, əvvəlki illərdə də Böyükşor bulvarında oxşar köpüklənmə halları müşahidə olunub. Hazırkı vəziyyətin hansı səbəbdən yarandığı isə aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Bu mövzuda digər xəbərlər:Böyükşor bulvarında attraksionun uçmasına qurğunun sahibi AYDINLIQ GƏTİRDİ
28 Aprel 2025 15:55
Böyükşor bulvarında ağır qəza: İki maşın toqquşdu, yaralı var VİDEO
20 İyul 2025 15:59
Böyükşor Pirşağı yolu bağlanır
08 May 2025 12:53
Böyükşor köpüklənir Problem VİDEO
03 Fevral 2026 09:43
Böyükşor sahilindəki köpük nədir?
20 İyul 2026 17:48
Baxış sayı:153
Bu xəbər 20 İyul 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















