Bozinoski: “Sabah”a qarşı mübarizə aparmaq bizim üçün prestijdir”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Naxçıvan” basketbol klubunun “Sabah”a qarşı mübarizə aparması prestijdir.
İdman.Biz xəbər verir ki, bunu Naxçıvan kollektivinin baş məşqçisi Nikola Bozinoski Azərbaycan Basketbol Liqasında “Sərhədçi”yə qarşı pley-in mərhələsinin ikinci oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
“Rəqib oyuna çox yaxşı başladı. Biz də onlara istədiyimiz kimi qarşılıq verdik. Əvəzetmələr zamanı ehtiyat oyunçu seçimimizin daha geniş olması komandaya üstünlük qazandırdı və bu amil meydanda mübarizəni daha rahat aparmağımıza şərait yaratdı. Bu da oyunun qırılma anlarından biri oldu. Pley-off mərhələsindəki rəqibimiz “Sabah”a qarşı mübarizə aparmaq bizim üçün prestijdir. Bu matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, “Naxçıvan” hər iki matçda “Sərhədçi”yə qalib gəlib (98:87, 93:80).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 06 Aprel 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















