Zaur Həşimov: Sabah a qarşı layiqli mübarizə apardıq
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Şəfa" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "SOCAR Polymer Arena"da "Sabah"a 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk qolu buraxana qədər oyundan razı idim. Daha çox top bizdə qalırdı, hücumlar qururduq. Əlbəttə ki, rəqibin gücünü nəzərə alırıq. Çox yaxşı komandaya qarşı oynadıq. 4 gün əvvəl "Mançester Yunayted"lə oynayan komandadır. Düşünürəm ki, "Sabah"a qarşı layiqli mübarizə apardıq. Sadəcə olaraq buraxdığımız qollar məni məyus edir. Artıq neçənci oyundur ki, öz səhvlərimizdən belə qollar buraxırıq. Ümumən komandamdan razı qaldım. "Şəfa" oyunu ilə çempionata rəng qata bilib. Gələcəkdə daha yaxşı oynayacağımızı düşünürəm.
- "Şəfa" ən çox qul buraxan və ən az qol vuran iki komandadan biridir. Bu məqam sizi narahat edir?
- Əlbəttə narahat edir. Çempionluğa oynayan komandalardan daha çox qol buraxmışıq. Bununla barışmırıq. Bu rəqiblərə qarşı tədbir görməliyik.
- Qapıçı Nicat Mehbalıyev səhvlərə yol verir. Onunla fərdi söhbət aparmağı planlaşdırırsız?
- Nicat bizim futbolçumuzdur. O, bilir ki, digər qapıçılarla rəqabət olacaq. Bu, Nicatı cəzalandırmaq üçün deyil.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Sentyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















