Icma.az
close
up
RU
“ ”Bozqurd” şərəf ordeni təsis edilsin”

“ ”Bozqurd” şərəf ordeni təsis edilsin”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Son illər türk dövlətləri arasında əməkdaşlıq, inteqrasiya daha da dərinləşir və inkişaf edir. Bu da Türk dünyasının vahid güc mərkəzi kimi qlobal məkanda öz sözünü daha inamla deməsi üçün mühüm rol oynayır. Çəkinmədən qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi tarixi zəfər, Türk dünyasının inteqrasiyasını daha da sürətləndirdi, Türk Dövlətləri Təşkilatının (TDT) timsalında Türk dünyasının qlobal məkanda daha inamlı addımlar atmasına stimul rolunu oynadı”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

N.Azəri qeyd edib ki, hazırda TDT çərçivəsində bu təşkilatda təmsil olunan ölkələr arasında müxtəlif sahələri əhatə edən proqramlar reallaşdırılır, sazişlər imzalanır, müxtəlif birliklər, vahid mərkəzlər yaranır: “Eyni zamanda, hesab edirəm ki, Türk dünyasının ortaq dəyərlərinin gələcək nəsillərə daha dolğun çatdırılması ilə bağlı atılması vacib olan digər addımlar da var. Həmçinin uzun illər Türk dünyasından qoparılmağ və Türk dünyasını istəməyən qüvvələr tərəfindən siyasiləşdirilməyə çalışılan dəyərlərimiz, simvollarımız var. Onlara da yenidən həyat verilməli və onlar da Türk dünyasının ortaq dəyəri kimi öz layiqli yerini tutmalıdır. Bu baxımdan hesab edirəm ki, TDT-nin vahid, ümumi “Bozqurd” şərəf nişanı və ya şərəf ordeni təsis edilsə çox yaxşı olar”.

Əməkdar jurnalist vurğulayıb ki, bunu təsis etməklə Bozqurdun hər hansısa bir siyasi kəsimin deyil, ümumilikdə Türk dünyasının dəyəri olduğunu təsdiqləmiş olarıq: “Mən arzu edirəm ki, TDT-nin dövlət rəhbərlərinin növbəti sammitlərin birində bununla bağlı bir qərarı qəbul olunsun və uzun illər həm düşmənlərimizin, həm də Türk dünyasındakı bəzi yanlış təbliğat aparanların səbəbindən bizdən uzaq salınan Bozqurd öz milli, tarixi, türk kimliyinə qaytarılsın. Bozqurd hər hansı bir siyasi təşkilatın deyil, Türk dünyasının vahid simgəsi olması statusunu qazansın”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri