Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Bozqurd” yatmaz!

“Bozqurd” yatmaz!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Premyer-liqada 2025/26 mövsümünü 3-cü pillədə tamamlasa da, məlum səbəbdən Konfrans Liqasında iştirak edə bilməyən “Turan Tovuz”la bağlı ciddi narahatlıq var. Düzdü, qərb təmsilçisi iyulun 4-dən etibarən Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışına start verib. İkinci mərhələsinin Boluda keçirilməsi planlaşdırılan proses davam edir. Ancaq “bozqurd”un hələ yoxlama oyunlarında hansı rəqiblərlə qarşılaşacağı bəlli deyil. Halbuki klub hələ ötən ayın sonlarında qüvvəsini 4 yoxlama oyununda sınamağı planlaşdırdığını açıqlamışdı.

Bu məsələləri boş yerə qabartmırıq. Çünki komandanın avrokuboklardan kənarda qalmasının rəsmiləşməsindən sonra ruhdan düşməyəcəyi, növbəti “futbol ili”ndə daha yuxarı pillələr uğrunda mübarizə aparacağı, arıq 33 ilə çatacaq avrokubok həsrətinə daha güclü, inamlı formada son qoyacağı haqda xəbərlər yayıldı. Təəssüf ki, indiki durum nə tovuzluların ambisiyasına uyğundu, nə də konkret tələblərə cavab verir. Məlum olduğu kimi, elita klublarının yarışında yay “transfer pəncərəsi” iyunun 19-da açılıb. İş ondadı ki, bu çərçivədə 5 aparıcı futbolçusuyla yollarını ayıran bölgə təmsilçisi indiyə qədər cəmi iki transfer edə bilib. Bunlardan birinin qapıçı, yəni Aleksey Kenyaykin olduğunu, bir müddət əvvəl yola salınan Sergey Samokun yoxluğuna görə transfer edildiyini nəzərə alsaq, heyətin genişləndirilməsindən söhbət gedə bilməz. Biz də razıyıq ki, rəsmi açıqlama olmasa da, müəyyən oyunçularla danışıq aparıldığı dəqiqdi. Lakin proseslərin bu qədər yubanması, heyətin formalaşdırılması yönündə inamlı addımlarının atıldığının hələ isbat edilməməsi, təbii ki, tovuzlu futbolsevərləri nigaran olmağa sövq edir.
Belə mənzərə fonunda klubun yalnız infrastrukturla bağlı gördüyü işlər nəzərə çarpır. Əlbəttə, Tovuz şəhər stadionunun UEFA-nın və AFFA-nın tələblərinə uyğun hala salınması təqdirəlayiq addımdı. Azı ona görə ki, kollektiv ötən mövsümdə olduğu kimi ev oyunlarını Bakıda, ya da Sumqayıtda keçirməyə məcbur qalmayacaq, yerli azarkeşlər sevimli komandalarının matçlarını doğma şəhərdə izləyə, tribunalardan verəcəkləri dəstək sayəsində avrokuboklara yollanmaq uğrunda mübarizədə ciddi rol oynaya biləcəklər. Ancaq yenə də son sözün yaşıl meydanlarda deyiləcəyini nəzərə almalıyıq. Odu ki, “bozqurd” heyətin komplektləşməsi ilə bağlı işləri sürətləndirməli, xüsusən “Qarabağ”, “Sabah” və “Neftçi” ilə kəllə-kəlləyə gəlmək üçün güc qazanmalıdı. Çünki ötən “futbol ili”ndə də uğura çatan rəqiblər qarşıdan gələn mövsümdə daha böyük nailiyyətlərə imza ata bilmək üçün çox çalışacaqlar.
Kəsəsi, “Turan Tovuz” həm təlim-məşq toplanışında, həm də heyətlə bağlı planların həyata keçirilməsində daha fəal olmalıdı. Ən qısa müddətdə yoxlama oyunlarında qarşılaşacaqları rəqiblərin adlarına aydınlıq gəlməli, bir neçə yeni futbolçu baş məşqçi Kurban Berdıyevin sərəncamına verilməlidi. Çünki artıq “tələsən təndirə düşər” yox, “bu günün işini sabaha saxlama” deməyin vaxtı yetişib. Əsas rəqiblər komandalarını böyük ölçüdə formalaşdırıb, hətta avrokuboklardakı təmsilçilərimizdən üçü birinci təsnifat mərhələsində ilk oyunlarını keçirib. Özü də hər üçü mövsümə qələbə ilə start verib. “Bozqurd”un nəyi necə edəcəyini isə bizə zaman göstərəcək. Biz xəbərdarlıq etdik ki, dilimiz gödək olmasın...
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyul 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri